logo

Layihə meneceri

  • Категория: Sənaye və kənd təsərrüfatı
  • Город: Bakı
  • Адрес: Nizami rayonu, H.Əliyev pr. 189 B
  • Опыт работы: 5 ildən çox
  • Зарплата: На основе интервью
  • Образование: Bakalavr
  • Режим работы: Tam-ştat
  • ID: 15292
  • Эл. Почта: cv@cyberpoint.az
  • Дата публикации объявления: 31.10.2025
  • Дата окончания объявления: 30.11.2025

Требования к кандидату

  • Ali təhsil (Mühəndislik, İnformasiya Texnologiyaları, Menecment, Kompüter Elmləri və ya əlaqədar sahələr üzrə bakalavr və ya magistr dərəcəsi);
  • Layihə idarəetmə sahəsində minimum 5 illik peşəkar təcrübə, o cümlədən İT infrastrukturu, telekommunikasiya, təhlükəsizlik və ya beynəlxalq layihələrdə təcrübə üstünlük sayılır;
  • Aşağıdakı beynəlxalq layihə idarəetmə sertifikatlarından ən azı birinə sahib olmaq: 
  • PMP® (Project Management Professional)
  • PRINCE2® Practitioner / Foundation
  • PMI-ACP® (Agile Certified Practitioner)
  • Scrum Master (CSM / PSM)
  • ITIL® Foundation
  • Lean Six Sigma (Green/Black Belt) 
  • MS Project, Jira, Asana, Trello, Smartsheet və digər layihə idarəetmə alətlərində yüksək səviyyəli bilik və təcrübə;
  • Güclü analitik, strateji düşünmə və qərarvermə qabiliyyəti;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, İngilis dilində (əlavə olaraq Rus dili) sərbəst ünsiyyət bacarığı;
  • Beynəlxalq mühitdə və çoxmədəniyyətli komandalarla əməkdaşlıq bacarığı;
  • Yüksək səviyyədə təşkilatçılıq, kommunikasiya və liderlik qabiliyyəti;
  • Məsuliyyətli, nəticəyönümlü, stressə davamlı və multitasking iş şəraitinə uyğun olmalıdır.

 

Üstünlüklər:

  • Beynəlxalq layihələrdə və çoxmillətli komandalarla əməkdaşlıq təcrübəsi;
  • Risk idarəetməsi, dəyişikliklərin idarəolunması və strateji planlaşdırma üzrə təcrübə;
  • Layihə ofisinin (PMO) qurulması və proseslərinin optimallaşdırılması üzrə biliklər;
  • Kibertəhlükəsizlik, infrastruktur və ya dövlət layihələrində idarəetmə təcrübəsi.
Информация о работе
  • Müxtəlif istiqamətli layihələrin planlaşdırılması, idarə edilməsi və uğurla tamamlanması məqsədilə komandalararası koordinasiyanın təmin edilməsi;
  • Layihə məqsədlərinin, mərhələlərinin və nəticələrinin şirkətin strateji hədəfləri və beynəlxalq standartlarla uyğunluğunun təmin edilməsi;
  • Layihələrin gedişatına dair mütəmadi status görüşlərinin təşkili və rəhbərliyə şəffaf hesabatlılığın təmin olunması;
  • Layihə risklərinin, nöqsanlarının və kritik asılılıqların təhlil edilməsi, onların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin və alternativ həllərin hazırlanması;
  • Effektiv layihə idarəetməsi üçün resursların, büdcənin, vaxt cədvəlinin və keyfiyyət göstəricilərinin idarə olunması;
  • Müxtəlif fokuslu tərəfdaş şirkətləri, podratçıları və beynəlxalq müştəriləri bir araya gətirən koordinasiya mərkəzi funksiyasını yerinə yetirmək;
  • Layihələrin şirkətin prosedurlarına, keyfiyyət, təhlükəsizlik və ətraf mühit standartlarına uyğunluğunu təmin etmək;
  • Layihə sənədlərinin, müqavilələrin və hesabatların beynəlxalq standartlara uyğun hazırlanması və təqdim edilməsi;
  • Multitasking mühitində eyni zamanda bir neçə layihənin idarəedilməsini və prioritetləşdirilməsini təmin etmək;
  • Müştərilərlə, dövlət və beynəlxalq tərəfdaşlarla effektiv işgüzar əlaqələrin qurulması və davamlılığının təmin olunması.

 

Əlavə məlumat:

  • İş rejimi: I-IV günlər, 09:00-18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Əməkhaqqı razılaşma yolu ilə;
  • İş yeri: Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 189 B.

 

Namizədlər “Layihə meneceri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərməklə müraciət edə bilərlər.

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?