K

Koporativ hüquqşünas

  • Категория: Hüquq
  • Город: Bakı
  • Адрес: Nərimanov ray., Aşıq Molla Cümə
  • Опыт работы: 3-5 il
  • Зарплата: 1500 AZN
  • Образование: Bakalavr
  • Режим работы: Tam-ştat
  • ID: 15215
  • Эл. Почта: hr@kollekta.az
  • Дата публикации объявления: 24.10.2025
  • Дата окончания объявления: 23.11.2025

Требования к кандидату

  • Hüquq sahəsində ali təhsil;
  • 3-5 il korporativ və ya maliyyə-hüquq sahəsində iş təcrübəsi (kollektor təşkilatında təcrübə üstünlükdür);
  • Müvafiq qanunvericiliyi – Mülki Məcəllə, İcra haqqında Qanun, Bank və Kredit ittifaqları haqqında qanunvericilik – yüksək səviyyədə bilmək;
  • Yüksək məsuliyyət və analizetmə bacarığı;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Detallara diqqət və məxfilik prinsiplərinə əməl etmək;
  • Azərbaycan dilini mükəmməl bilmək, Rus və İngilis dillərini bilmək üstünlükdür;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook və s.) sərbəst işləmək bacarığı.
Информация о работе
  • Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan daxili və xarici müqavilələri hazırlayır, onların reyestrini aparır və mütəmadi yenilənməsini təmin edir;
  • Təşkilatın maliyyə əməliyyatları, borcların idarə olunması və kolleksiya fəaliyyəti ilə bağlı daxili qayda, prosedur və əsasnamələrin hüquqi ekspertizasını həyata keçirir, təkmilləşdirmə üzrə təkliflər verir;
  • Müştərilərlə, partnyorlarla və digər hüquqi şəxslərlə bağlanmış müqavilələrin hüquqi risklərini qiymətləndirir və uyğun tövsiyələr hazırlayır;
  • Təşkilatın tərəf olduğu bütün müqavilələrə hüquqi ekspertiza verir və viza prosedurunu həyata keçirir;
  • Təşkilat tərəfindən verilən etibarnamələrin hüquqi əsaslarını yoxlayır və onların düzgün tərtibini təmin edir;
  • Kolleksiya prosesində iştirak edən əməkdaşlara hüquqi dəstək göstərir, borclularla aparılan danışıqlarda hüquqi çərçivənin qorunmasına nəzarət edir;
  • Borclularla bağlı məhkəmə iddialarının qaldırılması üçün zəruri sənədləri toplayır, hüquqi analiz aparır və müvafiq məhkəmə orqanlarına təqdim edir;
  • Məhkəmələrin qətnamə və qərarları ilə razılaşmadıqda apellyasiya və ya kassasiya şikayətlərini hazırlayır, prosesi nəzarətdə saxlayır;
  • Təşkilatın hüquqi risklərini qiymətləndirir və risklərin minimallaşdırılması üzrə tədbirlər görür;
  • Tələb olunduqda dövlət və icra orqanları, notariat kontorları və məhkəmələrdə təşkilatın təmsilçiliyini həyata keçirir;
  • Təşkilatın hüquqi fəaliyyəti üzrə aylıq və illik hesabatlar hazırlayır, rəhbərliyə təqdim edir.

 

İş barədə məlumat:

  • Əmək haqqı: NETT 1500 AZN+ 
  • İş yeri: Bakı şəh, Nərimanov ray., Aşıq Molla Cümə
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00

 

CV-lərinizi “Korporativ hüquqşünas” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?