
- Категория: Sənaye və kənd təsərrüfatı
- Город: Bakı
- Адрес: Avrora Sənaye Parkı (Hökməli)
- Опыт работы: 5 ildən çox
- Зарплата: На основе интервью
- Образование: Bakalavr
- Режим работы: Tam-ştat
- Nahar: Bəli verilir
- ID: 14019
- Эл. Почта: hr@avrora.az
- Дата публикации объявления: 23.06.2025
- Дата окончания объявления: 23.07.2025
Требования к кандидату
Tələb olunan bilik və bacarıqlar:
- AutoCAD, MS Office, ETAP( üstünlükdür) proqramları üzrə biliklər;
- Elektrik sistemlərinin quraşdırma standartları üzrə biliklərə sahib olmaq(NEC, IEC, BS, ISO və s.);
- Aşağı gərginlikli sistemlər, torpaqlama, işıqlandırma, enerji təchizatı, generator və UPS sistemləri üzrə texniki biliklərə sahib olmaq;
- Elektrik sınaqları: izolyasiya müqaviməti, dövrə davamlılığı, torpaqlama müqaviməti, termoqrafiya və s. üzrə təcrübə;
- Keyfiyyətə dair sənədlərin və texniki hesabatların düzgün və səliqəli tərtibi;
- Əməliyyatda texniki problemlərin aşkarlanması və həlli bacarığı;
- Elektrik təhlükəsizliyi qaydaları və tətbiqi prosedurlar üzrə biliklərə sahib olmaq;
- Sahə quraşdırma işlərinin təşkilində podratçı ilə birgə çalışma bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (Elektrik mühəndisliyi, Energetika və ya əlaqəli sahə üzrə);
- İş təcrübəsi: Minimum 5 il elektrik üzrə sahə və ya QA/QC mühəndisi kimi iş təcrübəsi (əlavə olaraq maintenance təcrübəsi olması üstünlükdür).
Информация о работе
- Elektrik işlərinin layihə, texniki spesifikasiya və müvafiq standartlara uyğunluğuna nəzarət edilməsi;
- Quraşdırma və istismara vermə mərhələlərində yoxlama və sınaqları təşkil edilməsi və sənədləşdirilməsi;
- Gündəlik keyfiyyət nəzarəti planlarını həyata keçirilməsi və yoxlama aktlarını (IR), material təsdiq formlarının (MAR) hazırlanması;
- Kabel döşəmə, tray-ların quraşdırılması, torpaqlama və qoruyucu sistemlərin düzgün icrasına nəzarət edilməsi;
- Elektrik avadanlıqların (panel, transformator, MDB, DB, UPS və s.) quraşdırılmasına dair texniki nəzarətin aparılması;
- Uyğunsuzluqların (NCR) aşkarlanması, qeydiyyata alınması və düzəldici/preventiv tədbirlərin təqib edilməsi;
- Podratçıların hazırladığı İPC lərin elektrik hissəsinin yoxlanması;
- BoQ üzrə görülmüş işlərin həcmlərinin və materialların uyğunluğunun yoxlanması;
- Ümumi iş gedişatının qrafikə uyğunluğunun nəzarətdə saxlanılması;
- Ehtiyac yarandıqda elektrik işlər ilə bağlı shopdrawing’lərin hazırlanmasına dəstək olunması;
- Ehtiyac yarandıqda layihəçi və sahə arasında koordinasiyanın təşkil edilməsi;
- Yekun testlər və istismara vermə sənədlərinin hazırlanmasında iştirak edilməsi;
- Layihə rəhbərinə mütəmadi hesabatın təqdim edilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Avrora Sənaye Parkı (Hökməli).
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət mühəndisi (Elektrik)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Похожие вакансии

Caspian Technical Solution
Painting Inspector
Зарплата: На основе интервью
01.07.2025
Bakı
8
I
Investel Group MMC
Avadanlıq operatoru
Зарплата: 1000 AZN
01.07.2025
Bakı
10

İstisu mineral su zavodu MMC
Elektrik
Зарплата: На основе интервью
01.07.2025
Bakı
15

Baku Steel Company CJSC
Elektrik mühəndisi (Sumqayıt şəhəri)
Зарплата: На основе интервью
24.06.2025
Sumqayıt
54

Facility Management Group
Planlama üzrə baş mühəndis
Зарплата: На основе интервью
23.06.2025
Bakı
41

Avrora
Planlama mühəndisi
Зарплата: На основе интервью
23.06.2025
Bakı
46