- Категория: Müxtəlif
- Город: Bakı
- Опыт работы: 1 ildən az
- Зарплата: На основе интервью
- Образование: Orta təhsil
- Режим работы: Tam-ştat
- ID: 17237
- Эл. Почта: [email protected]
- Дата публикации объявления: 24.08.2026
- Дата окончания объявления: 23.09.2026
Требования к кандидату
- Ali və ya orta ixtisas təhsili;
- Daxili nəzarət, monitorinq, kredit, təhlükəsizlik və ya oxşar sahələrdə iş təcrübəsi arzuolunandır;
- Kamera müşahidə sistemləri ilə işləmək bacarığı üstünlükdür;
- Təşkilatın daxili qaydaları ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
- Diqqətlilik, ehtiyatlılıq və yüksək dəqiqlik;
- Analitik düşüncə və müşahidə qabiliyyəti;
- Məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
- Məxfi məlumatların qorunması və xidməti informasiyanın konfidensiallığına riayət etmək bacarığı;
- Stressə davamlılıq və komandada işləmək bacarığı.
Информация о работе
“Azərbaycan Mikro-Kredit BOKT” ASC Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi vəzifəsinə işçi axtarışı elan edir.
İş şəraiti:
- İşəgötürən: “Azərbaycan Mikro-Kredit BOKT” ASC;
- Bölgə: Bakı şəhəri;
- İş günləri Bazar ertəsi – Şənbə.
İşin təsviri:
- Təşkilatın filial və struktur bölmələrində həyata keçirilən kredit və digər əməliyyatlara kamera müşahidəsi vasitəsilə gündəlik nəzarət etmək;
- Kamera görüntüləri və təqdim edilmiş məlumatlar əsasında riskləri, prosedur pozuntularını, şübhəli və uyğunsuz halları müəyyən etmək;
- Aşkar edilmiş pozuntu və uyğunsuzluqları sənədləşdirmək, aidiyyəti rəhbərliyə məlumat vermək və nəticələr barədə hesabatlar hazırlamaq;
- Rəhbərliyin sorğusu əsasında kamera görüntülərinə baxış keçirmək, müəyyən edilmiş hallar üzrə araşdırma aparmaq və nəticələri təqdim etmək;
- Təşkilatın daxili təlimat və qaydalarına uyğunsuzluq və riskli hallar aşkar edildikdə rəhbərliyin diqqətinə çatdırmaq;
- Müəyyən edilmiş dövriliklə rəhbərliyə görülmüş işlər və aşkar edilmiş hallar barədə hesabatlar təqdim etmək.
Biz nə təklif edirik?
- Əmək müqaviləsinin rəsmiləşdirilməsi;
- Minimum əməkhaqqı təminatı və nəticəyə əsaslanan əlavə mükafatlandırma;
- Peşəkar inkişaf və iş təcrübəsinin artırılması imkanı;
- Korporativ və peşəkar mühitdə çalışma;
- Şirkətin daxili nəzarət və monitorinq sisteminin inkişafında iştirak imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi” qeyd etməklə göndərə bilər.