- Категория: Maliyyə
- Город: Bakı
- Адрес: Atatürk prospekti 12A, Allians Plaza
- Опыт работы: 1-3 il
- Зарплата: На основе интервью
- Образование: Bakalavr
- Режим работы: Tam-ştat
- ID: 16576
- Эл. Почта: [email protected]
- Дата публикации объявления: 11.03.2026
- Дата окончания объявления: 10.04.2026
Требования к кандидату
- Maliyyə, İqtisadiyyat, Audit və ya Hüquq sahəsində ali təhsil
- Bank və ya BOKT sektorunda minimum 2 il iş təcrübəsi
- Kredit və girov əməliyyatları üzrə praktik bilik
- Daxili audit, risk və ya fraud araşdırmaları təcrübəsi üstünlükdür
- Ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Analitik düşüncə və fakt əsaslı qərarvermə bacarığı
- Azərbaycan dili sərbəst, İngilis dili orta səviyyədə
- Bakı və ölkədaxili filial ezamiyyətlərinə hazır olmaq
Şəxsi keyfiyyətlər:
- Prinsipial və obyektiv mövqe
- Konfidensiallıq qaydalarına ciddi riayət
- Təzyiq altında işləmə bacarığı
- Detallara yüksək diqqət
- Müstəqil qərarvermə qabiliyyəti
Информация о работе
Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Daxili nəzarət və risklərin idarə edilməsi şöbəsində “Fraud İspektor” vakansiyası elan edir
Şirkətdə daxili və xarici dələduzluq (fraud) risklərinin vaxtında aşkarlanması, araşdırılması və qarşısının alınması; kredit, girov və filial əməliyyatları üzrə nəzarət mexanizmlərinin effektivliyinin təmin edilməsi və nəzarət boşluqlarının aradan qaldırılması.
Əsas vəzifə və öhdəliklər
Monitorinq və Analitika
- Kredit portfeli üzrə riskli əməliyyatların və şübhəli aktivliyin mütəmadi təhlili
- Risk indikatorları (gecikmələr, transferlər, girov uyğunsuzluğu və s.) əsasında monitorinq aparılması
- Filial və əməkdaş səviyyəsində risk tendensiyalarının müəyyən edilməsi
- Məlumatların analizi və nəticələrin rəhbərliyə təqdim olunması
Fraud Araşdırmaları
- Daxili (əməkdaş yönümlü) və xarici (müştəri yönümlü) dələduzluq halları üzrə araşdırmaların aparılması
- Kredit dosyelərinin prosedur uyğunluğu baxımından təhlili
- Şübhəli sənədləşmə və saxtalaşdırma risklərinin qiymətləndirilməsi
- Əməkdaş və müştərilərdən yazılı izahatların alınması
- Sübut bazasının formalaşdırılması və rəsmi araşdırma hesabatının hazırlanması
Filial Yoxlamaları və Fiziki Nəzarət
- Planlı və qəfil yoxlamaların aparılması
- Girovların (xüsusilə qızıl girovlarının) fiziki inventarizasiyası
- Girovun saxlanması, transferi və realizasiya proseslərinin uyğunluq yoxlanışı
- Prosedur və daxili qaydalara riayət olunmasının qiymətləndirilməsi
Nəzarət Mexanizmlərinin Təkmilləşdirilməsi
- Nəzarət boşluqlarının müəyyən edilməsi
- Preventiv və korrektiv tədbirlər üzrə təkliflərin hazırlanması
- Fraud risk xəritəsinin hazırlanması və yenilənməsi
- Daxili prosedurların təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi
Təklif olunur:
- əmək haqqı – razılaşma yolu ilə
- peşəkar inkişaf imkanı
- müstəqil və məsuliyyətli iş mühiti
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində "Fraud İnspektor" qeyd etməklə göndərmələri xahiş olunur.
Похожие вакансии
Quba Palace Hotel
Maliyyə direktoru
Зарплата: На основе интервью
23.03.2026
Bakı
8
Premium Bank
Mühasibat uçotu üzrə aparıcı mütəxəssis/ Maliyyə Departamenti
Зарплата: На основе интервью
18.03.2026
Bakı
45
Azera Holding
Lizing mütəxəssisi (Salyan – Neftçala regionları üzrə)
Зарплата: 800 - 1000 AZN
17.03.2026
Salyan
39
Zeytun Pharmaceuticals
Risklərin İdarəedilməsi və Daxili Nəzarət üzrə Mütəxəssis/Analitik
Зарплата: 3000 - 3500 AZN
12.03.2026
Bakı
71
Himalay 2022
Əməkhaqqı üzrə mütəxəssis
Зарплата: 1000 AZN
11.03.2026
Bakı
84
Prior Leasing
Risk Təhlili üzrə Mütəxəssis
Зарплата: 1100 - 1200 AZN
10.03.2026
Bakı
55