- Категория: Marketinq
- Город: Bakı
- Адрес: Yasamal
- Опыт работы: 1 ildən az
- Зарплата: На основе интервью
- Образование: Bakalavr
- Режим работы: Tam-ştat
- ID: 16463
- Эл. Почта: [email protected]
- Контактный номер: +994 55 299 59 01
- Дата публикации объявления: 23.02.2026
- Дата окончания объявления: 25.03.2026
Требования к кандидату
- Təhsil: Ali tibbi təhsil. Epidemiologiya / ictimai səhiyyə istiqaməti üstünlükdür;
- Dil: Azərbaycan dili səlis. Rus dili və/və ya ingilis dili üstünlükdür;
- Şəxsi keyfiyyətlər: məsuliyyət, sistemlilik, vaxtın idarə olunması, komanda işi.
Bilik və bacarıqlar:
- Elmi mənbələrlə işləmək, məlumatları düzgün interpretasiya etmək və yazılı şəkildə təqdim etmək;
- Analitik düşüncə, hesabat yazma və təqdimat bacarığı;
- MS Office (xüsusilə Word, PowerPoint, Excel) ilə yaxşı işləmək;
- Güclü kommunikasiya: izah etmə, inandırma, auditoriya qarşısında çıxış.
Информация о работе
Facet MMC dezinfeksiya sahəsində aparıcı şirkətlərdəndir. Missiyamız müştərilərimizə keyfiyyətli və etibarlı məhsullar təqdim etməklə ictimai sağlamlığın qorunmasına töhfə verməkdir. Komandamıza Marketinq və Satışa Elmi Dəstək istiqamətində çalışacaq Epidemioloq axtarırıq.
İş yeri: Bakı, Yasamal
İş rejimi: Tam ştat, 5 günlük iş həftəsi
Vəzifənin məqsədi:
Şirkətin dezinfeksiyaedici məhsulları üzrə elmi-sənədli bazanı formalaşdırmaq, məhsulların tətbiq sahələri və istifadə təhlükəsizliyi ilə bağlı məlumatları sistemləşdirmək, bu bilikləri marketinq, satış və müştəri görüşlərində tətbiq edilə bilən peşəkar materiallara çevirmək.
Vəzifə öhdəlikləri:
- Məhsullar üzrə effektivlik və tətbiq şərtləri (istifadə sahəsi, təmas müddəti, konsentrasiya və s.) ilə bağlı elmi məlumatları toplamaq, müqayisə etmək və hesabatlaşdırmaq.
- Dezinfeksiyaedici vasitələrin istifadə təhlükəsizliyi, risklər, düzgün tətbiq qaydaları və mümkün məhdudiyyətlər üzrə məlumatları araşdırmaq və strukturlaşdırmaq.
- Marketinq və satış komandası üçün elmi əsaslandırılmış kontent hazırlamaq: təqdimatlar, broşür mətnləri, məhsul məlumat vərəqləri, FAQ, müqayisə cədvəlləri və s.
- Müştərilərdən gələn texniki sualları cavablandırmaq, zərurət olduqda görüş və təqdimatlarda iştirak etmək (B2B).
- Məhsulların tətbiqi ilə bağlı təlimlərin təşkili və keçirilməsi (satış komandası və müştərilər üçün).
- Sahə ehtiyaclarına uyğun olaraq məhsul portfelinin elmi tərəfdən gücləndirilməsi üçün yeni mövzular, yanaşmalar və təkmilləşdirmə təklifləri vermək.
İş şərtləri və təminatlar:
- Əmək haqqı: Müsahibə zamanı razılaşdırılır. (Təcrübəyə əsasən);
- 5 günlük iş həftəsi;
- Telefon danışıq xərcləri və yol/nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir;
- Nahar şirkət tərəfindən verilir.
Müraciət qaydası:
CV-nizi Müraciət Et düyməsində göstərilən e-poçt ünvanına göndərin. Mövzu sətrində qeyd edin: “Epidemioloq (Marketinq/Satış dəstəyi) – Ad Soyad”
Əlaqə: 055 299 59 01
Похожие вакансии
SF Azərbaycan BOKT
Telemarketinq və satış üzrə qrup rəhbəri
Зарплата: На основе интервью
16.03.2026
Bakı
50
Azin Technology
Elan Paylaşım Meneceri
Зарплата: 500 AZN
05.03.2026
Bakı
131
PASHA Travel
Brand and Marketing Manager
Зарплата: На основе интервью
02.03.2026
Bakı
125
Italdizain Group
Digital Advertising Specialist/ PR & Communications
Зарплата: На основе интервью
25.02.2026
Bakı
145
Grand Logistics Center
Marketinq üzrə kiçik mütəxəssis
Зарплата: На основе интервью
16.03.2026
Bakı
69
Coffeebar
SMM-Маркетинг Менеджер
Зарплата: На основе интервью
04.03.2026
Bakı
97