logo

Daxili nəzarət işçisi

  • Категория: Maliyyə
  • Город: Bakı
  • Опыт работы: 1-3 il
  • Зарплата: На основе интервью
  • Образование: Bakalavr
  • Возраст: 22 - 35
  • Режим работы: Tam-ştat
  • ID: 14853
  • Эл. Почта: hr@kreditevi.az
  • Дата публикации объявления: 18.09.2025
  • Дата окончания объявления: 18.10.2025

Требования к кандидату

  • Yaş həddi: 22-35 yaş;
  • Ali təhsil (riyaziyyat, iqtisadiyyat və maliyyə  üzrə arzu olunandır);
  • Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır;
  • Komputer bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı, xüsusən Excel və Word yaxşı səviyyədə.
  • İş təcrübəsi: 1 ildən yuxarı Audit, Daxili nəzarət və ya Risk sahəsi (Bank, BOKT və lombard fəaliyyəti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • Qanunvericiliyi və maliyyə-kredit sektorunda daxili tənzimləmə sənədləri üzrə biliklərinin olması;
  • Peşəkar etika və konfidensiallıq prinsiplərinə sadiqlik;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik;
  • Komanda ilə işləmə və hesabatlılıq bacarığı.
Информация о работе

“Kredit Evi” ASC  “Daxili nəzarət işçisi” vakansiyası elan edir.

 

Vəzifə öhdəlikləri

  • Kredit, maliyyə və digər cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn gündəlik nəzarət fəaliyyətinin həyata keçirilməsi;
  • Günlük, həftəlik, aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
  • Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi,
  • Təşkilatın baş ofis və filiallarında həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi.
  • Daxili nəzarət sistemlərinin fəaliyyətini təhlil etmək və effektivliyini artırmaq üçün təkliflər vermək;
  • Daxili prosedurların və əməliyyatların qanunvericiliyə, daxili normativlərə və risk menecment siyasətinə uyğun icrasına nəzarət etmək;
  • Risklərin erkən aşkarlanması məqsədilə nəzarət alətlərindən istifadə etmək və profilaktik tədbirlər təklif etmək;
  • Uyğunsuzluq hallarını araşdırmaq, səbəb və nəticələri müəyyənləşdirərək rəhbərliyə  hesabatlar təqdim etmək;
  • Audit yoxlamaları və rəy proseslərində iştirak etmək, dəstək vermək;
  • Rəhbərlik üçün mütəmadi və operativ hesabatlar hazırlamaq.

 

Bizim sizə təklifimiz:

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Gələcək karyeranızın qurulması üçün geniş şərait.

 

Əgər peşəkar “Kredit  Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiz.

 

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Daxili nəzarət işçisi”). 

 

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?