logo

1C Proqramist

  • Категория: Informasiya texnologiyaları
  • Город: Bakı
  • Опыт работы: 1-3 il
  • Зарплата: На основе интервью
  • Образование: Bakalavr
  • Режим работы: Tam-ştat
  • Nahar: Bəli verilir
  • ID: 15819
  • Дата публикации объявления: 12.12.2025
  • Дата окончания объявления: 11.01.2026

Требования к кандидату

Təcrübə: 

  • Minimum 2–3 il 1C:Enterprise 8.x platformasında inkişaf və dəstək təcrübəsi.
  • 1C:ERP, 1C:Mühasibatlıq, 1C:Kadrlar və ya digər funksional modullarla işləmə təcrübəsi.

 

Təhsil: İnformasiya texnologiyaları, kompüter elmləri, tətbiqi riyaziyyat, proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil.

 

Sertifikat: Tələb olunmur, üstünlükdür.

 

Texniki səriştələr:

  • 1C meta-obyektləri (sənədlər, справочник-lər, reyestrlər, formalar) və OOP prinsiplərini yüksək səviyyədə bilmək.
  • 1C Query Language və Data Composition System (DCS) ilə hesabat və analitika hazırlamaq bacarığı.
  • XML/JSON, CSV, Excel ilə data transformasiya, idxal/ixrac mexanizmlərinin hazırlanması.
  • SQL verilənlər bazası ilə işləmə (PostgreSQL və ya MSSQL üstünlükdür).
  • API inteqrasiyaları və backend-lə məlumat mübadiləsi qurmaq bacarığı.

 

Davranış səriştələri:

  • Güclü analitik düşüncə və problemi operativ həll etmə bacarığı.
  • Biznes proseslərini anlama və tələbləri texniki həllə çevirə bilmək.
  • Komanda ilə effektiv əməkdaşlıq və aydın kommunikasiya bacarığı.
  • Məsuliyyətlilik, detallara diqqət və nəticə yönümlü iş üslubu.
  • Yeni texnologiyaları öyrənməyə açıq olmaq və özünü inkişaf etdirmək istəyi.
Информация о работе

BERC Group MMC IT komandasına “1C Proqramist” vakansiyası üzrə işə qəbul elan edir.
Biz BERC GROUP-un daxili sistemlərinin inkişafında iştirak edəcək, 1C platformasında peşəkar təcrübəsi olan proqramist axtarırıq.

 

İş barədə məlumat:

  • 1C:Enterprise 8.x platformasında yeni funksionallıqlar, modullar, formalar və reyestrlər hazırlamaq, mövcud konfiqurasiyaları optimallaşdırmaq.
  • HR, Maliyyə, Mühasibat, Satış, Anbar və digər biznes proseslər üzrə tələbləri toplamaq, təhlil etmək və texniki həllərə çevirmək.
  • Texniki tapşırıq (TT) hazırlamaq, dizayn edilmiş həllər üzrə test ssenariləri yaratmaq və funksionallığın sınağını aparmaq.
  • Sistemdə yaranan proqram və məlumat bazası xətalarını analiz edib operativ şəkildə aradan qaldırmaq.
  • 1C ilə digər sistemlər arasında (ERP, HRM, CRM, bank API-ləri, e-gov portalları) inteqrasiya yaratmaq və məlumat mübadiləsini təmin etmək.
  • XML/JSON, CSV, Excel formatlarında məlumat idxal/ixrac modullarını hazırlamaq və optimallaşdırmaq.
  • DCS və Query Language istifadə edərək analitik hesabatlar, dashboard-lar və rəhbərlik üçün məlumat çıxarışları hazırlamaq.
  • İstifadəçilərin texniki sorğularına cavab vermək, sistem istifadəsi üzrə qısa təlim və izahlar təqdim etmək.
  • Sistem versiyalarının idarə edilməsi, kod review, optimizasiya və development standartlarına əməl olunmasını təmin etmək.
  • Məlumat təhlükəsizliyini, istifadəçi hüquqlarını və sistemin stabil işləməsini qorumaq, ehtiyat nüsxə və arxivləşdirmə proseslərində iştirak etmək.

 

BERC Group MMC sizə nə vəd edir?

  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər; 
  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus; 
  • Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı);
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
  • Nahar yeməyinin təşkili.

 

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər.

 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

 

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?