logo

Ultra Technologies

Количество вакансий: 1

О компании

“Ultra Technologies” 1999-cu ildə təsis edilmişdir. Şirkətimiz yarandığı andan etibarən İKT bazarında fərqlənmək və daim yeniliklər tətbiq etməyi əsas hədəf olaraq seçmişdir. “Intel” və bir sıra iri İT korporasiyaların Azərbaycanda rəsmi tərəfdaşı olmaqla distributiv satışı və avtorizə edilmiş İT məhsulların səlahiyyət verilən anbarına malik olub.


“Daim yenilik” şüarı ilə fəaliyyət göstərən şirkətimiz qısa zaman ərzində Azərbaycan İT bazarında lider şirkətlərdən birinə çevrilərək regionda İT sahəsi üzrə “B2C”, “B2B” və “B2G” istiqamətlərində çoxşaxəli işlər görür.


2008-ci ildən proqram təminatların yazılması, 2011-ci ildən isə inteqrator kimi əlavə fəaliyyət xidmətlərimizi genişləndiririk.


Şirkətimiz hal-hazırda “DELL”, “HP”, “Oracle”, “Cisco”, “IBM”, “Kingston”, “Tunçmatik”, “Rittal”, “AHA”, “MiSys”, “Bakotech” və bir sıra digər məşhur İT korporasiyalarının rəsmi statuslu tərəfdaşıdır.



Xidmət və fəaliyyət sahəmiz:


  • İnteqrasiya sistemləri, proqram lisenziyaları və proqram təminatlarının tətbiqi;
  • Kompleks İT xidmətlər, İT infrastrukturun qurulması və “Data Center”lərin yaradılması;
  • İT kompüter və kompüter avadanlıqlarının distributiv satışı;
  • Korporativ və fərdi texniki dəstək xidmətləri;
  • Servis Mərkəzi;
  • Proqramlaşdırma;
  • İT audit və konsaltinq.



İşçi heyətimiz komanda şəklində şirkətimizin inkşafı üçün güclü və effektiv çalışan bir neçə müxtəlif qrupdan ibarətdir. Bütün əməkdaşlarımız daim öz bilik səviyyələrini artıran, yüksək texniki savada malik olan yerli və xarici vətəndaşlardan ibarət yenilikçi bir komandadır.

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?