K
Khazar Trade
- Контактный номер: +994 12 310 03 35
- Эл. Почта: office@khazartrade.az
- Вебсайт: www.khazartrade.az
- Адрес: Heydər Əliyev pr 152, Çinar Plaza 31-ci mərtəbə
О компании
Xəzər Treyd MMC fəaliyyətini 2020-ci ildə başladı. Əsas məqsədimiz "davamlı inkişaf"olan effektiv distributor təşkilatıdır. Baş ofisimiz Bakı şəhərindədir və əlavə olaraq ölkənin 7 şəhərində (İmişli, Xaldan, İsmayıllı, Quba, Cəlilabad, Gəncə, Zaqatala) ofisimiz var.
Biz əsas diqqəti fəaliyyətimizin davamlı şəkildə təkmilləşməsinə yönəltmişik və gələcək inkişafımızı təmin etmək üçün yaranmış hər bir imkandan istifadə edirik. İnanırıq ki, tərəfdaşlarımız və müştərilərimizlə davamlı birgə səylərimiz həm bizim fəaliyyətimiz, həm də xidmət göstərdiyimiz şəxslər üçün ən yaxşı nəticələrə yol açacaq.
"Missiyamız" Fəaliyyət göstərdiyimiz bütün bazarlarda yüksək keyfiyyətli və geniş çeşidli məhsullarımızın satışını və inkişafını təmin etmək
Hədəflərimiz: Biz hər zaman çalışacağıq ki, əməkdaşlarımızın və müştərilərimizin təkmilləşməsində birinci olaq. Qurduğumuz bu peşəkar komandanın davamiyyətini təmin etmək üçün daim təkmilləşməyə açıq şəxslərlə əməkdaşlıq edəcəyik.
Biz düşünürük ki, istehlakçıların ehtiyaclarını qarşılayan markalarımızın fəaliyyəti üzrə ən yüksək səmərəliliyə nail olmaq olduqca vacibdir. Xəzər Treyd hər birimizin gündəlik olaraq çox rahatlıqla istifadə etdiyi yüksək keyfiyyətli məhsulları ərsəyə gətirən nüfuzlu dünya şirkətlərinin sadiq tərəfdaşıdır. Bu səbəbdən də Xəzər Treyd-in yüksək profilli tərəfdaşlarımızın gözləntilərini doğrultmalı olduğunu anlayırıq. İşçilərimiz bizim ən önəmli sərvətimizdir, məhz bu səbəbdən, biz onların həm şəxsi həyatlarında xoşbəxt olmalarını, həm də karyeralarında böyük nailiyyətlər qazanmalarını istəyirik. Biz əməkdaşlarımızın bütün gözləntiləri doğruldaraq öz işlərini peşəkarcasına həyata keçirmələri üçün onların inkişafına davamlı olaraq sərmayə yatırırıq.
Biz öz tərəfdaşlarımızın və müştərilərimizin distributor sahəsində mümkün olan ən yaxşı nəticəyə nail olmaları üçün distributor prosesinin bütün mərhələlərini mükəmməl şəkildə icra etmək öhdəliyi daşıyırıq. Şirkətimiz öz fəaliyyətində məlumatların emalına önəm verdiyinə görə biz hər zaman səmərəli və sərfəli iş ərsəyə gətirmək üçün texnologiya və innovasiyalardan istifadə edirik.