
Baku City Academy
- Контактный номер: +994 50 277 11 23
- Эл. Почта: [email protected]
- Вебсайт: www.bakucityacademy.com
- Адрес: Azaro Plaza, 3-cü mərtəbə
О компании
“Baku City Academy” şirkəti xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış lisenziyalı, peşəkar təhsil mərkəzidir. Təcrübəli mütəxəssislərdən ibarət komandamız 2017 – ci ildən etibarən namizəd tələbələrin xaricdə təhsil planlarını reallaşdırmağa köməklik göstərir. Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən mərkəzimizlə yanaşı, Gəncə və İstanbulda da ofislərimiz fəaliyyət göstərir. Bundan əlavə, bizim MDB, Orta və Uzaq Şərq, Şimali Amerika, Afrika ölkələrindən olan yerli agentliklərlə rəsmi əməkdaşlığımız var.
Xaricdə təhsil üzrə məsləhətçi ekspertlərimiz müxtəlif təşkilatlar tərəfindən “İxtisaslı Beynəlxalq Təhsil Agenti” adına və rəsmi olaraq “ICEF Agenti” adlarına laiq görülmüşlər.
Biz bir çox xarici təhsil sərgilərinin rəsmi tərəfdaşıyıq və 100-dən çox nüfuzlu universiteti, kolleci, məktəbi və dil kurslarını təmsil edirik. Bizim konsultantlarımız xarici universitet məzunlarıdır bu isə o deməkdir ki, tələbə və valideyinlərə daha dəqiq məlumat və başdan sona kimi bütün mərhələlərdə peşəkar şəkildə xidmət göstərirlər. Biz tələbələrimizi qəbul məktubunun alınmasından tutmuş uğurlu viza mərhələsi, qalacaq yerin tapılması, xarici ölkədə qarşılanma,universitet qeydiyyatı və digər sənədləşmə proseslərində düzgün şəkildə istiqamətləndirirk.
Şirkətimiz təcrübələrdən qaynaqlanan unikal həll təminatçısına çevrilmişdir. Beləki, biz tələbələrimizi hərtərəfli analiz edərək onların istəklərinə, akademik göstəricilərinə, büdcələrinə uyğun ən doğru variantları təklif və təşkil edirik. Bizim əsas məqsədimiz müştərilərimizə xidmətin ən yüksək səviyyəsini təqdim etməkdir!