ÜMUMİ QAYDALAR
Jobnet.az saytında qeydiyyat və elanların (Bundan sonra ümumi olaraq elan adlanacaq) yerləşdirilməsi İstifadəçi razılaşması ilə tənzimlənir.
Qaydaların pozulması və ya istifadəçilərin elan üzrə çoxsaylı şikayətləri həmin elanların və eyni zamanda elan sahiblərinin şəxsi hesablarının (Profillərinin) bloklanması ilə nəticələnə bilər.
Nəzərdə saxlayın ki, bütün elanlar onlara əlavə xidmətlərin (Premium, VIP və digər) tətbiq edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta ödənişi həyata keçirilmiş elanlar da blok oluna və ya silinə bilər.
Saytımızın bütün istifadəçiləri üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəs elan yerləşdirməzdən əvvəl Jobnet.az servisinin qaydaları ilə tanış olmalıdır.
Elan yerləşdirmə qaydaları və tərkib hissələri
1. Elanın yerləşdirilməsi
- İstifadəçi təkrar və saytın qaydalarına zidd olmayan istənilən sayda elan yerləşdirə bilər. Sayt tərəfindən elanların miqdarına hər hansısa bir məhdudiyyət qoyulmur. Əsas tələb saytın qaydalarına riayət olunmasıdır. Elan sahibi qeyd etdiyi tarix bitənə kimi elan qüvvədədir. Əgər elanın müddəti bitibsə, istifadəçi elanı bərpa edə və ya yeni elan kimi yenidən yerləşdirə bilər.
- Saytda olan elanda xidmət haqqında məlumat və şəkilləri başqa xidmətə aid olan məlumat və ya şəkillərə dəyişmək qadağandır.
- Elan yerləşdirərkən əmin olmalısınız ki, elan saytın qaydalarına tam olaraq uyğundur. Elan dərc edildikdən sonra belə administrasiya tərəfindən təkrar yoxlama zamanı qayda pozuntusu aşkar edilərsə, həmin elanlara düzəliş etmək və saytdan silmək hüququnu administrasiya özündə saxlayır.
- Saytda eyni zamanda iki və daha çox təkrar elan aşkar olunarsa, təkrar olan elanlar silinir.
- Hər hansı bir ödənişli xidmət elanı xidmətin tətbiq olunma müddətinə bərpa edir.
- Vakansiyanın müddəti 30 gündür. 30 gündən sonra vakansiyanızın vaxtını ödənişlə artıra bilərsiniz.
- Vakansiyanızın sürətli qəbul olunması üçün bütün Vacib(*) xanalar doldurulmalıdır.
- Yalnız Azərbaycanda olan vakansiyalar qəbul edilir.
- Vakansiya yalnız Azərbaycan şriftləri ilə yazılmalıdır, əks halda yenidən düzəliş edilməli olacaq.
- Vakansiyada olan mətnlərin (həm başlıq, həm iç mətn) ilk hərfi BÖYÜK hərflə yazılmalıdır.
- Əmək haqqı yalnız rəqəmlə qeyd edilməlidir.
- Vakansiya aktiv olandan sonra əlaqə məlumatlarının (mail,nömrə) dəyişdirilməsi qadağandır.
- “Namizədə tələblər” və “İş haqqıda məlumat” hissəsi geniş və aydın yazılmalıdır.
- Pullu xidmətlərdən istifadə sizə zəmanət vermir ki, vakansiya hazırkı Razılaşmanın pozulması zamanı Administrasiya tərəfindən bloklanmayacaqdır. Vakansiyanın yerləşdirilməsi qaydalarının pozulması halında ödənmiş xidmətlərə görə pul vasitələri qaytarılmır.
- Vakansiyada təhqiredici və ya reklam xarakterli mətnlər olarsa vakansiya silinəcək və istifadəçinin İP ünvanı blok ediləcək.
- Səliqəsiz və səhv məlumatlar daxil edilmiş elanlar dərc edilməyəcək və redaktə olunması üçün geri göndəriləcək.
2 Şəxsi əlaqə məlumatları
- Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad, elektron poçt ünvanı, telefon nömrəsi və s..
- Sizin elektron poçt ünvanınız və mobil telefon nömrəniz şəxsi hesabınıza daxil olmaq üçün istifadə edilir. Qeydiyyatdan keçərkən işlək olan elektron poçt ünvanından və mobil telefon nömrənizdən istifadə etməlisiniz. Əlavə olaraq Facebook, google və apple accountlarınızdan da istifadə edə bilərsiniz.
Bir istifadəçinin (hüquqi və ya fiziki şəxs kimi) yalnız bir istifadəçi hesabı ola bilər. Texniki analiz əsasında bir istifadəçiyə məxsus bir neçə hesab aşkarlandıqda sistem tərəfindən təkrar kimi nəzərə alınacaq və avtomatik ləğv ediləcək və ya bloklanacaq.
İstifadəçilərə istifadəçi hesablarını (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə vermək/götürmək və ya özgəninkiləşdirmək qadağandır.
- Mütləq şəkildə işlək və özünüzə məxsus telefon nömrəsi göstərin.
Telefon nömrəsi müvafiq sətirdə qeyd olunmalıdır. Telefon nömrəsinin elanın başlığında və ya məzmuna qeyd olunması qadağandır.
Nəzərdə saxlayın ki, digər şəxsə narahatlıq yaratmamaq məqsədi ilə başqa bir şəxsin nömrəsini qeyd etmək qadağandır və bu sizin istifadəçi hesabınızın bərpa hüququ olmadan blok olunmasına səbəb olacaq.
Elanda telefon nömrəsi səhv qeyd olunubsa, elan saytdan silinəcək.
İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.
3 Elanda düzəlişlərin edilməsi
- Elanda düzəliş etmək üçün “DÜZƏLİŞ ET” düyməsini seçmək kifayətdir. Dərc olunmamış elanlarda düzəliş etmək mümkün deyil.
- Elanda düzəliş etməklə onu irəli çəkmiş olmursunuz. Bu funksiya yalnız elandakı şəkil, məzmun və qiymət dəyişiklərini həyata keçirir.
- Elanlar üçün nəzərdə tutulmuş qaydalar “DÜZƏLİŞ ET” funksiyasına da aiddir.
- Düzəliş edilmiş elan qaydalara uyğun deyilsə, silinir.
4 Təkrar elanlar
- Tamamilə eyni məzmunlu təkrar elanınız saytda dərc olunmayacaq.
- Təkrar elanların yerləşdirilməsimüştəri tapılmasını tezləşdirmir, əksinə müştətilər təkrarlanan elanlar arasından uyğun təklifi tapmaq üçün çox vaxt sərf etməli olur.
5 İki və daha çox istifadəçi hesabı olan istifadəçilər
- Bir fiziki və ya hüquqi şəxs üzrə yalnız bir istifadəçi hesabının yaradılmasına və istifadəsinə icazə verilir.
Sizin qeydiyyat zamanı istifadə etdiyiniz loqin və şifrə şəxsi hesabınıza daxil olmaq üçün istifadəçi loqini və şifrəsi kimi istifadə olunur; - Texniki analizlər bir istifadəçiyə aid olan digər istifadəçi hesablarını aşkar etdikdə bu hesablar sistem tərəfindən təkrar kimi qəbul edilərək avtomatik şəkildə dayandırılır və ya blok edilir;
- İstifadəçilərə istifadəçi hesablarını (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə vermək/götürmək və ya özgəninkiləşdirmək qadağandır.
- Əgər siz aktiv istifadəçi hesabınızdakı əlaqə məlumatlarını dəyişmək istəyirsinizsə, yeni istifadəçi hesabına ehtiyac yoxdur. Bunun üçün profilinizə daxil olub məlumatlarda dəyişiklik edə bilərsiniz.
6 Yanlış yerləşdirilən elanlar
- Elanla bağlı düzgün məlumatlar yerləşdirin. Elandakı bütün məlumatlar həqiqəti əks etdirməlidir. Bu onun həm potensial müştərilər, həm də axtarış sistemləri tərəfindən tapılması şansını yüksəldir.
- Elanda yanlış məlumatların qeyd edilməsi onun silinməsinə səbəb ola bilər.
7 Elanın təsviri (xarakteristikası)
- Elanın bütün detalları tam olaraq göstərilməlidir. Dəqiq olmayan və ya yanlış məlumatın göstərilməsi elanın silinməsinə səbəb ola bilər.
- Nəzərdə saxlayın: Qeyd bölməsində telefon nömrəsinin, elektron poçt ünvanının, Skype, Instagram, Facebook və digər sosial şəbəkələrdəki hesabların linklərinin göstərilməsi qadağandır. Telefon nömrəsi və elektron poçt ünvanı üçün xüsusi sətir mövcuddur.
8 Şəkil
- CV-lərinizə mütləq şəkil əlavə edin. Nəzərə çarpmayan şəkillərin yer aldığı analoji CV-lərdən fərqli olaraq xidmətin keyfiyyətli, dəqiq və real şəklini görən müştəri sizin təklifinizlə daha çox maraqlanacaq.
- Şəkillər keyfiyyətli olmalıdır.
- Şəkillərdə hər hansı bir loqotip olmamalıdır.
- Şəkillərdə reklam xarakterli məlumat olmamalıdır. Eləcə də, hər hansı əlaqə vasitəsinin (mobil nömrə, sayta keçid linki, Skype, ICQ, sosial şəbəkə ID-ləri, digər messencerlərin və oxşar şəbəkələrin ID-ləri, həmçinin, rəqib servislərin loqotiplərinin göstərilməsi qadağandır.
- Şəkildə yalnız qeydiyyatdan keçən şəxs nümayiş etdirilməlidir.
- Təsvir edilən şəxsin aydın seçilmədiyi, keyfiyyətsiz şəklin əlavə edilməsinə yol verilmir. Həmçinin, erotik və pornoqrafik tərkibli şəkillərin yerləşdirilməsi qadağandır.
- Təklif olunan xidmətlə əlaqəsi olmayan, internetdən yüklənmiş və ya kataloqlardan skan edilmiş bütün stok (şablon) şəkilləri ciddi şəkildə tədqiq olunacaq və dərc olunmaya bilər.
Xahiş olunur, elanın moderasiyadan uğurlu şəkildə keçməsi üçün şəxsən çəkdiyiniz şəkliləri yerləşdirin. Yuxarıda qeyd olunan qaydaya cavab verməyən şəkillərin hamısı silinəcəkdir.
9 Qara siyahı
- Operatora və ya moderatora qarşı hörmətsizlik etdikdə istifadəçinin əlaqə vasitələri blok olunur və o, Jobnet.az servisində elan yerləşdirə bilməz!
- Saytın qaydalarını ilk dəfə pozduğu halda istifadəçiyə xəbərdarlıq edilir, bu hal təkrarlandıqda isə o, qara siyahıya düşür.
- Üçüncü şəxslərin əlaqə vasitələri qeyd edildikdə və həmin səxslər şikayət etdikdə bu əlaqə vasitələri qara siyahıya düşür.
- Əlaqə vasitələrinin qara siyahıdan çıxarılması mümkün deyil.
10 Şirkətlər
- Yuxarıda qeyd olunan qaydaların hər biri Şirkətlər üçün də keçərlidir.
- Xəbərdarlığa baxmayaraq qaydalar yenidən pozularsa, elanlar ödənişli olsa belə saytdan silinəcək. Bu halda ödənilən pul geri qaytarılmır.
- Jobnet.az servisinin administrasiyası saytın qaydalarının bilərəkdən pozulması halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Bu halda ödənilən pul geri qaytarılmır.
11 Texniki dəstək xidməti
- Texniki dəstək xidmətinin elektron poçt ünvanı daim işləyir. Müraciətə baxılıb analiz edildikdən sonra sizə cavab veriləcək.
- Texniki dəstək xidmətinə müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmalıdır. Elanın nömrəsi elan yerləşdirilən zaman elanın özündə qeyd edilir və elektron poçt ünvanınıza göndərilir.
12 Qadağan olunmuş xidmətlər
- Elanda (başlıq, mətn, şəkil və s.) və ya istifadəçi adında erotik, pornoqrafik, ədəbsiz, ekstremist və ya Jobnet.az servisinin tələblərinə cavab verməyən digər məzmun və anlayışların istifadəsi yolverilməzdir.
- Elanı yalnız konkret xidmətlər barəsində verin – ümumi reklam xarakterli və ya konkret təklif irəli sürməyən elanlar yolverilməzdir.
- İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının və ticarət nişanlarının elanda və ya istifadəçi adında istifadə edilməsi qadağandır.
GİZLİLİK SİYASƏTİ
Sayta daxil etdiyiniz bütün şəxsi məlumatlarınız Jobnet.az servisi tərəfindən istifadə və emal olunacaqdır. Biz daxil olunan özəl məlumatlarınızın gizliliyinin qorunmasında məsuliyyət daşıyan tərəfik.
1. Jobnet.az-da qeydiyyatdan keçmək
Onlayn xidmətlərimizdən tam formada istifadə edə bilmək üçün əvvəlcə şəxsi məlumatlarınızı düzgün formada daxil etməklə veb-saytımızda və ya application-da qeydiyyatdan keçməlisiniz. Xahiş edirik ki, daxil etdiyiniz məlumatların sui-istifadəsinin qarşısını almaq üçün şifrənizi qoruyun. Veb-saytımızdan yararlanmaq üçün istifadə etdiyiniz kompüterin IP ünvanı və daxil olma müddəti qeydə alınacaqdır. Bütün bu məlumatlar istifadə olunmadığı halda silinəcəkdir. Hesabınızı açdığınız/ləğv etdiyiniz və ya elan verdiyiniz zaman İP ünvanınız, tarix və zaman yoxlama, identifikasiya və təhlükəsizlik məqsədləri üçün qeydə alınacaqdır. İstifadəçi adınız altında qeydə alınan bütün məlumatları “Jobnet.az servisi” yazılı müraciət zamanı sizə ötürə bilər.
2. Məlumatların istifadə məqsədləri
Saytda qeydiyyatdan keçdiyiniz halda daxil etdiyiniz məlumatlar, paylaşımlarınızın müəyyən olunması, veb-saytdan istifadəyə icazə verilməsi, razı olduğunuz halda başqa xidmətlərin verilməsi kimi qarşılıqlı razılaşdırılmış məqsədlər üçün istifadə olunacaq.
3. Üçüncü tərəflər
Daxil olunan məlumatlar üçüncü tərəflərə sonuncu adı çəkilənlərdən veb-sayt və xidmətləri üçün yararlandığınız halda əlçatan olacaqdır. Belə üçüncü tərəfə misal olaraq xidmətindən istifadə etdiyiniz və ya sizin təklif etdiyiniz xidmətdən istifadə edən şəxslə əlaqə yarada bilməniz üçün qarşılıqlı məlumat ötürülə bilər və ya veb-saytı host edən servis provayderi göstərmək olar. Jobnet.az servisi istifadəçinin daxil etdiyi məlumatları həmçinin zəruri olduğu halda dövlət mühafizə orqanlarına təqdim edə bilər. Bütün qeyd edilən hallar istisna olmaqla sizin daxil etdiyiniz məlumatlar heç bir halda üçüncü tərəfə ötürülməyəcəkdir.
4. Razılıq / İmtina haqqı
Məlumatları daxil etməklə, saytımızın qayda və qanunlarını qəbul edərək xidmətimizdən istifadə etmək könüllü olduğu kimi bütün bunlardan imtina etmək də sizin haqqınızdır.
5. Hesabların bloklanma və ya silinməsi
Yolchoo servisində hesab açmaqla daxil etdiyiniz məlumatlar hesabınızı ləğv edənədək yaddaşda saxlanılacaqdır. Hesabınızı bağladığınız təqdirdə məlumatlarınızın silinməməsi üçün hüquqi bir tələb yoxdursa məlumatlarınız silinəcəkdir. Sonuncu halda məlumatlarınız daha sonra istifadəsinin qarşısını almaq üçün bloklanacaqdır.
6. Gizlilik siyasətinə ediləcək dəyişikliklər
- Jobnet.azservisi istənilən zaman özünün gizlilik siyasətinə dəyişikliklər etmək hüququna sahibdir. Bu dəyişikliklərin sizə dəyə biləcək mümkün zərərinin qarşısını almaq üçün əvvəlcədən yeniliklərlə bağlı xəbərdar olunacaqsınız.
- Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Servisdən istifadəni dayandırmalıdır. Əgər İstifadəçi Servisdən istifadə etməyə davam edirsə, o razılaşır və bütün dəyişiklikləri və Məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.
Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması elanın silinməsi üçün əsas ola bilər. (müvəqqəti olaraq – redaktə etmək imkanı olmaqla, həmçinin qəti olaraq – bərpa etmək hüququ olmadan).
Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması, həmçinin digər istifadəçilərin çoxsaylı müraciəti istifadəçi hesabının bloklanması ilə nəticələnə bilər.
Qaydalar, ödənişli xidmətlərin göstərilib-göstərilməməsindən (VIP, Premium və s.) asılı olmayaraq, BÜTÜN elanlara şamil olunur. Qayda pozuntularına yol verilibsə, haqqı ödənilmiş elanlar da ləğv edilə bilər.
Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə edilən ödəniş geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya/əvvələ dəyişdirilmir, xidmət başqa elana keçirilə bilməz.
Hər bir dərc olunmamış elana görə istifadəçinin elanı yerləşdirərkən göstərdiyi elektron poçt ünvanına elanın silinməsinin səbəbini izah edən avtomatik servis bildirişi göndərilir.
Jobnet.az servisinin Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən xəbərdarlıq etmədən dəyişdirilməsi və ya yenilənməsi hüququnu özündə saxlayır.