İş görüşməsinə bir az hazırlaşmaq uğurlu olma şansınızı təsəvvür etdiyinizdən daha çox artıra bilər. Müsahibədə nə edəcəyinizi və nə etməməli olduğunuzu bildiyiniz təqdirdə, müsahibənizin yağ kimi keçməməsi üçün bir səbəb yoxdur!
Buna görə də mütəxəssislərdən sizin üçün 30 tövsiyə hazırladıq:
1. İş
görüşməsi üçün getdiyiniz şirkət və işverən haqqında məlumat toplayın.
2. Şirkətin
son fəaliyyətlərindən xəbərdar olun.
3. Müsahibəyə
erkən gedin.
4. Səliqəli
geyinin və qamətinizə diqqət edin
5. Danışarkən
özünüzdən əmin olun.
6. Görüşdüyünüz
insanla onu narahat etməyəcək şəkildə göz təması qurun.
7.
Suallara tələsik cavab verməyin.
8. Həddi
aşmadan kiçik zarafatlar edin.
10. Sosial
media hesabınızda müsahibəyə getdiyiniz şirkətlə bağlı müsbət yazılar paylaşın.
11. Sosial
media hesabınızdakı son paylaşımlarınız işiniz, peşəniz və ya sektorla bağlı
ciddi yazılar olsun.
12. İş
mühitinə uyğun danışıq dilindən istifadə edin. Danışarkən təcrübənizi göstərmək
üçün işinizlə əlaqəli terminlərdən
istifadə edin.
13. Özünüz
kimi olun. Unutmayın ki, siz kim olduğunuzu göstərən xüsusiyyətlər sayəsində bu
işi qazanacaqsınız.
14. Müsahibənin
işəgötürən üçün sizi bacarıqlı, bilikli, təcrübəli və xoş bir insan kimi tanıması
üçün bir fürsət olduğunu unutmayın.
15. Karyera
hədəflərinizi müəyyənləşdirin və iş istəməyinizin səbəblərini aydın düşünün
16. Dostlarınız
və ya həyat yoldaşınızla iş görüşməsinə getməmişdən əvvəl məşq edin.
17.
İştirak etdiyiniz müsahibələrdə verilən sualları bir yerə qeyd edin və
cavablarını hazırlayın.
18. Unutmayın
ki, müsahibədə yalnız rəhbər işçiləri deyil, hamını heyran etməlisiniz.
19.
Müsahibəyə girməzdən əvvəl dərindən nəfəs alın və rahatlamağa çalışın.
20. Müsahibə
zamanı barmaqlarınızla oynamayın, boynunuzu və ya üzünüzü ovxalamayın. Sakit və
rahat olun.
21. Mənfi
ehtimallar üzərində dayanaraq özünüzü stressə salmayın
22. Gülümsəməyi
unutma
23. Tərəddüt
etdiyiniz suallar ola bilər. Belə sualların sizin əhvalınızı aşağı salmasına
imkan verməyin.
24. Köhnə
iş yerləriniz haqqında mənfi fikir bildirməyin.
25. Özünüzü çox tərifləməyin. Qədərində edilən təvazökarlıq güclü bir vasitədir.
26. Ən
güclü tərəflərinizi vurğulamağı unutmayın.
27. Lazım
olmadıqca zəif tərəflərinizdən bəhs etməyin
28. Şəxsi
məsələlərdən danışmayın.
29. Müsahibədən
əvvəl çox kofein qəbul etməyin.
30. Heç vaxt peşəkar olmayan dildə danışmayın.