logo

Təftişçi (Satış prosesi üzrə nəzarət)

  • Category: Satış
  • City: Bakı
  • Address: Ziya Bünyadov pr., Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
  • Work experience: 1-3 il
  • Salary: 1200 AZN
  • Working mode: Tam-ştat
  • ID: 14134
  • Email: vacancy@mazarina.az
  • The posting date of the ad: 03.07.2025
  • Ad end date: 02.08.2025

Candidate requirements

  • Satış və təftiş sahəsində minimum 1-2 il təcrübə
  • Rəqəmsal satış sistemləri (ERP, CRM, mobil tətbiqlər və s.) üzrə biliklər
  • Diqqətli, obyektiv və analitik düşüncə tərzinə sahib olmaq
  • Sahə ilə iş təcrübəsi və hərəkətli iş rejimində işləmək bacarığı
  • Hesabatların hazırlanması və təhlil üzrə bacarıq
  • Effektiv ünsiyyət və komandada işləmək bacarığı
  • Avtomobil sürmə bacarığı (üstünlükdür)

 

Məsuliyyət və hesabatlılıq

  • Satış proseslərində aşkarlanan istisnalar və pozuntular barədə vaxtında və dəqiq hesabatların təqdim edilməsi
  • Təftişin obyektiv, şəffaf və şirkət prosedurlarına uyğun şəkildə aparılmasına məsuliyyət daşıyır
  • Rəhbərliyə düzgün və əsaslandırılmış rəy və təkliflər təqdim etmək
Job information

Tabeçiliyi: Monitorinq və təftiş şöbəsinin müdirinə


Struktur: Monitorinq və təftiş şöbəsi

 

Vəzifənin Məqsədi

  • Satış komandalarının fəaliyyətinə, rut planlarına, mağaza ziyarətlərinə, satış nöqtələrində məhsul yerləşdirilməsinə və satış sənədlərinə nəzarət və təftiş həyata keçirmək. Proseslərdə şəffaflıq və effektivliyin təmin olunmasına dəstək vermək.

 

Əsas vəzifə öhdəlikləri

  • Satış nümayəndələrinin rut (marşrut) planlarına uyğun fəaliyyətini nəzarətdə saxlamaq və yoxlamaq.
  • Günlük mağaza ziyarətlərinin real icrasını yerində araşdırmaq və faktiki mövcudluğu təsdiqləmək.
  • Satış nöqtələrində məhsulların düzgün yerləşdirilməsinə, kampaniyaların tətbiqinə və standartlara uyğunluğuna nəzarət etmək.
  • Satış sənədlərinin (sifariş, təhvil-təslim və s.) düzgünlüyünü yoxlamaq və uyğunsuzluqları aşkarlamaq.
  • Satış komandası tərəfindən həyata keçirilən əməliyyatların şirkət siyasət və prosedurlarına uyğunluğunu qiymətləndirmək.
  • Aşkarlanan hər hansı pozuntu, uyğunsuzluq və ya təhrif halları barədə dərhal rəhbərliyə yazılı hesabat təqdim etmək.
  • Təftiş nəticələrinə əsasən gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
  • Rəqəmsal və analitik alətlərdən istifadə edərək satış performanslarını qiymətləndirmək və məlumat təqdim etmək.
  • Lazım gəldikdə satış nöqtələrində qəfil yoxlamalar (spot-check) həyata keçirmək.

 

İş şəraiti:

  • Əmək haqqı: 1200 AZN
  • İş saati 9.00-18.00

 

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Təftişçi ” qeyd edərək göndərə bilər.


Ünvan: Ziya Bünyadov pr., Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace) 

 

Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT.

  • Companies
    Post vacancy
    CV
  • Job seekers
    Post curriculum vitae
    Vacancies
  • Other
    About us
    Статьи
    Rules
    Privacy policy

Need help?