
- Category: İnzibati
- City: Bakı
- Work experience: 1-3 il
- Salary: Based on the interview
- Education: Bakalavr
- Working mode: Tam-ştat
- ID: 13974
- The posting date of the ad: 19.06.2025
- Ad end date: 19.07.2025
Candidate requirements
- İqtisadiyyat, innovasiya idarəçiliyi, biznesin idarə olunması, və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
- Strateji innovasiya fəaliyyətlərinin, xüsusilə innovasiya proqramlarının və layihələrin idarə olunması sahəsində sübut olunmuş minimum 1 illik təcrübə, ümumilikdə ən azı 3 il rəhbər (taktiki və ya strateji) vəzifədə iş stajı (bəhs edilən sahədə olmaya bilər)
- Müxtəlif maraqlı tərəflərlə effektiv kommunikasiya və koordinasiya bacarıqları, o cümlədən dövlət qurumları və özəl sektorla işləmə təcrübəsi
- Komanda rəhbərliyi, performansın idarə olunması və fasilitasiya üzrə peşəkarlıq
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və qərarvermə bacarıqları
- Strateji düşüncə və problemləri analitik şəkildə həll etmə qabiliyyəti
- Innovasiyaların İdarə Edilməsi üzrə beynəlxalq sertifikatlar üstünlük hesab olunur
- Təzyiq altında işləmək və eyni vaxtda bir neçə layihəni paralel şəkildə effektiv idarə etmək bacarığı
- Detallara diqqət yetirməklə yanaşı böyük mənzərəni (strateji hədəfləri) görmək bacarığı
- İngilis və Azərbaycan dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
- Kompüter biliyi: Microsoft Office proqramları (Outlook, Teams, PPT, Excel və s.).
Komanda idarəetmə bacarıqları:
- Komandanın məqsəd və vəzifələrə uyğun şəkildə təşkili və motivasiyası
- Əməkdaşlar arasında effektiv kommunikasiya mühitinin qurulması
- Fərqli peşə və ixtisas sahiblərindən ibarət komandaları idarə etmək və birgə nəticəyə yönəltmək bacarığı
- Dəyişən prioritetlərə çevik uyğunlaşma və operativ qərarvermə qabiliyyəti
- İxtilafların idarə olunması və əməkdaşlar arasında ahəngdar iş mühitinin qorunması
- Performansa əsaslanan idarəetmə yanaşması və inkişaf planlarının qurulması
- Komanda üzvlərinə dəstək verərək onların potensialını maksimuma çatdırmaq bacarığı
- Liderlik və mentorluq keyfiyyətləri ilə şöbə daxilində davamlı öyrənmə və inkişaf mühitinin təşviqi.
Job information
- Şöbənin fəaliyyətini əsasnaməyə uyğun təşkil etmək və daimi nəzarətdə saxlamaq
- Şöbənin ümumi fəaliyyətinin strateji planlaşdırılması və idarə edilməsi
- Alt-sektorlar üzrə iş bölgüsünün və hədəf nəticələrinin müəyyənləşdirilməsi
- Şöbə əməkdaşlarının fəaliyyətlərinin koordinasiyası, performanslarının izlənməsi və inkişaf etdirilməsi
- Layihələrin vaxtında, keyfiyyətli və məqsədyönlü şəkildə həyata keçirilməsini təmin etmək
- Hesabatlılıq sisteminin qurulması və rəhbərliyə innovasiya fəaliyyəti ilə bağlı analitik hesabatların təqdim olunması
- Strateji sektorlarla bağlı innovasiya siyasətinin həyata keçirilməsinə dair təhlilin aparılması, icrasına nəzarət olunması və qabaqlayıcı tədbirlərin hazırlanması
- Strateji sektorlar üzrə dövlət və özəl qurumlarda innovativ mədəniyyətin formalaşdırılmasına yönəlmiş tədbirlərin təşkili
- Yerli və beynəlxalq maraqlı tərəflərlə əlaqələrin gücləndirilməsi və innovativ əməkdaşlıq imkanlarının təşviqi.
İnnovasiya Strategiyası və Sektorlar üzrə Koordinasiya:
- Strateji Korporativ İnnovasiya siyasətlərinin hazırlanması və tətbiqi
- Nəqliyyat, kənd təsərrüfatı, enerji, sənaye, texnologiyalar və digər əsas sahələrdə texnoloji və innovativ yanaşmaların təşviqi
- Dövlət-özəl tərəfdaşlığı (DÖSƏ) əsasında birgə layihələrin həyata keçirilməsi və koordinasiyası
- Prioritet texnologiyaların və trendlərin müəyyən edilməsi, texnoloji yol xəritələrinin hazırlanması
- Normativ-hüquqi təşəbbüslər və innovasiya üçün maliyyələşmə mexanizmlərinin təşkili
- İxtisaslaşmış texnoparklar, klasterlər və innovasiya mərkəzləri ilə koordinasiya və məhsul kommersiyalaşdırılması fəaliyyətləri üzrə təşviq edici layihələr
- Qlobal və yerli partnyorlarla əlaqələrin yaradılması, innovasiya diplomatiyasının təşviqi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Similar vacancies
L
Lazzoni və Natuzzi mağazaları
Magaza müdiri
Salary: 1500 - 2000 AZN
08.07.2025
Bakı
61

Qarant Kredit
Filial müdiri (Lənkəran)
Salary: Based on the interview
08.07.2025
Lənkəran
43

Af Holding
İcraçı Direktor (Ticarət mərkəzinə)
Salary: 900 - 1000 AZN
03.07.2025
Bakı
52
B
BRİGHT BEAUTY
Управляющий магазином
Salary: Based on the interview
27.06.2025
Bakı
47
A
Around Business Group
İcraçı Direktor
Salary: Based on the interview
27.06.2025
Bakı
67
B
BME SH HILTI
Ofis meneceri
Salary: 450 AZN
17.07.2025
Bakı
31