logo

Marketinq Üzrə Koordinator

  • Category: Marketinq
  • City: Bakı
  • Work experience: 1-3 il
  • Salary: Based on the interview
  • Education: Bakalavr
  • Working mode: Tam-ştat
  • ID: 14305
  • Email: hr@paulaner-brauhaus-baku.com
  • The posting date of the ad: 15.07.2025
  • Ad end date: 14.08.2025

Candidate requirements

Təhsil:

  • Ali təhsil (Marketinq sahəsində arzu olunandır).

 

İş təcrübəsi: 

  • Analoji sahədə ən azı 2 il iş təcrübəsi.

 

Bilik və Bacarıqlar:

  • Mükəmməl hesabat formalarının hazırlanması;
  • Yaradıcı və yenilikçi düşünmək bacarığı;
  • Büdcəni idarə etmə təcrübəsi;
  • Müxtəlif funksiyalı komanda ilə işləmək bacarığı;
  • Dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • Öyrənmə və inkişaf.

 

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti.

 

Dil bilikləri:                           

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə olması mütləqdir.
Job information

İş yeri: Paulaner Brauhaus Baku

 

Əmək funksiyası

  • Paulaner Brauhaus Baku restoranının illik marketinq fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsi məqsədilə, xüsusi bazar seqmentlərinə və mövsümi tələblərə uyğun fərdi marketinq strategiyasının hazırlanmasında restoran rəhbərliyi, Marketinq Meneceri və Satış komandası ilə sıx əməkdaşlıq edir.
  • Təsdiq olunmuş marketinq planı çərçivəsində bütün aktual və yeni kampaniyaların reklamını təşkil edir və icrasına nəzarət edir.
  • Marketinq fəaliyyətlərinin inkişafı məqsədilə daimi bazar araşdırmaları və rəqib təhlilləri aparır.
  • Brendin tanınmasını artırmaq və müştəri bazasını genişləndirmək üçün PR və reklam yönümlü layihələr hazırlayır və həyata keçirir.
  • Vendor şirkətlər tərəfindən icra olunan bütün sosial media fəaliyyətlərini yönləndirir, kontent planına nəzarət edir və nəticələr üzrə hesabatlar təqdim edir.
  • İnfluencerlər və bloggerlərlə məqsədyönlü əməkdaşlıqlar qurur, kampaniyaların şərtlərinə uyğun icrasını təmin edir və onların effektivliyini qiymətləndirir.
  • Restoranın illik marketinq planına uyğun olaraq həm B2B, həm də B2C istiqamətində bütün rəqəmsal və ənənəvi kanallarda effektiv və hədəfli kommunikasiyalar qurur.
  • Hazırlanan marketinq kampaniyalarının ROI-sini, brend təsirini və ümumi effektivliyini ölçür, analiz edir və Marketing Menecerə hesabat verir.
  • Təsdiq edilmiş marketinq büdcəsinin səmərəli xərclənməsinə nəzarət edir.
  • Mövsümi durğunluqları kompensasiya etmək və restoran ziyarətlərini stimullaşdırmaq məqsədilə aşağı mövsüm dövrləri və dövlət bayramları üçün xüsusi tədbirlər və təşviqat fəaliyyətləri planlayır və icra edir.
  • Paulaner Brauhaus Baku restoranının brend vizual materialları, promo məhsulları və məkan daxilində ekran yerləşdirmələri ilə təmin olunmasına və onların aktual saxlanmasına nəzarət edir.
  • Marketinq şöbəsinin fəaliyyəti çərçivəsində qarşıya çıxan digər gündəlik məsələlərin operativ həllini həyata keçirir.

 

Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

 

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

  • Companies
    Post vacancy
    CV
  • Job seekers
    Post curriculum vitae
    Vacancies
  • Other
    About us
    Статьи
    Rules
    Privacy policy

Need help?