
- Category: Hüquq
- City: Bakı
- Address: Port Baku Tower 2
- Work experience: 5 ildən çox
- Salary: Based on the interview
- Education: Bakalavr
- Working mode: Tam-ştat
- ID: 14906
- The posting date of the ad: 23.09.2025
- Ad end date: 23.10.2025
Candidate requirements
- Ali hüquq təhsili;
- Korporativ və kommersiya hüququ sahəsində 5 ildən artıq iş təcrübəsi;
- Korporativ, kommersiya, əmək və biznes hüququ sahələrində güclü biliklər;
- Hüquq və Compliance sahəsində təcrübə və auditlərin keçirilməsi bacarığı;
- Danışıqlar aparmaq və hüquqi riskləri idarə etmək qabiliyyət;
- Azərbaycan dili səlis, Rus və ingilis dilləri – üstünlükdür (müqavilələrin hazırlanması və danışıqlar üçün);
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı.
Job information
Vəzifə öhdəlikləri:
Korporativ hüquq və idarəetmə:
- Holdinqin bütün şirkətlərinin nizamnamə və korporativ sənədlərinin hazırlanması, dəyişikliklərin aparılması;
- Korporativ strukturlaşdırma, konsolidasiya və daxili hüquqi nəzarət;
- İdarəetmə strukturları ilə iş və onların qərarlarının hüquqi dəstəklənməsi.
Müqavilə və kommersiya fəaliyyəti:
- B2B müqavilələrin (təchizat, distribusiya, podrat, logistika, IT/SaaS, marketinq, agentlik və s.) hazırlanması və hüquqi ekspertizası;
- Şablon müqavilələrin hazırlanması və müqavilə proseslərinin avtomatlaşdırılması;
- Danışıqların aparılması və hüquqi mövqelərin qorunması.
M&A / İnvestisiyalar:
- Hüquqi due diligence, alqı-satqı müqavilələri, səhmdar müqavilələri və inteqrasiya proseslərində hüquqi dəstək.
Compliance və etika:
- Compliance proqramlarının hazırlanması və tətbiqi (etika kodeksi, maraqlar toqquşması, hədiyyələr/gostipriimlik, sanksiyalar və s.);
- Legal & compliance auditlərin təşkili, daxili araşdırmaların aparılması;
- İşçilər üçün compliance təlimlərinin keçirilməsi.
Normativ tələblər və daxili nəzarət:
- Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və daxili proseslərə inteqrasiya edilməsi;
- Dövlət orqanları ilə qarşılıqlı əlaqə və onların sorğularının cavablandırılması;
- Xarici hüquqşünasların idarə edilməsi və hüquqi xərclərə nəzarət.
Komanda və tərəfdaşlarla iş:
- Hüquqşünas və para-hüquqşünaslardan ibarət komandanın idarə olunması və mentorluq;
- Daxili bölmələr (HR, Maliyyə, Satınalma, Satış, Audit və s.) ilə koordinasiya.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Port Baku Tower 2.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş hüquqşünas” qeyd etməklə hr@ram elektron poçt ünvanına göndərmək və ya
https://careers.ram.az/?vacancy=1975&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Similar vacancies
M
Marvel Azerbaijan MMC
Младший корпоративный юрист
Salary: Based on the interview
19.09.2025
Bakı
30

Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC
Hüquqşünas
Salary: Based on the interview
11.09.2025
Bakı
50
K
KOLLEKTA MMC
Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi
Salary: 2000 AZN
22.09.2025
Bakı
18