logo

ŞahDağ-E MMC

Number of vacancies: 0

About the company

“Şahdağ-E” MMC 2001-ci ildən etibarən arı şanı və arıçılıq avadanlıqlarının istehsalı və satışı ilə məşğuldur.

Firma 2001-ci ildə yaradılsa da, firmanın təsisçisi Elxan Ələkbərov bu işə 1997-ci ildə arı şanının istehsalı ilə başlamışdır.

Tam sterilizə edilmiş, keyfiyyətli arı şanının istehsalı və satışı firmamızın Azərbaycanın bütün bölgələrində tanınmasına səbəb oldu.

Sonradan firmamız arıçılar üçün lazımi avadanlıqların istehsalına başlamışdır və getdikcə də bu işləri davam etdirməkdədir.

2007-ci ildən başlayaraq istehsal olunan yüksək keyfiyyətli pətək və çərçivələrin arıçılar tərəfindən bəyənilməsi firmamıza daha çox uğur gətirmişdir.


Firmamız dünyada arıçılıq sahəsində baş verən bütün yeniliklərlə yaxından tanış olur , təşkil olunan sərgilərdə və konfranslarda iştirak edir.

Son zamanlar ana arının istehsalını qaydaya salmaq üçün bir sıra tədbirlər keçirilir. Arıçıların ana arı yetişdirmə təsislərində təcrübə keçməsi və süni mayalandırma aparatının alınması bu sahədə görülən işlərdəndir.

Azərbaycanda arıçılıq sahəsini genişləndirərək daha da inkişaf etdirmək firmamızın əsas vəzifələrindən biridir.

Firmamıza ve arıçılarımıza uğurlar arzulayırıq…

  • Companies
    Post vacancy
    CV
  • Job seekers
    Post curriculum vitae
    Vacancies
  • Other
    About us
    Статьи
    Rules
    Privacy policy

Need help?