Zeytun Pharmaceuticals
- Əlaqə nömrəsi: +994 12 404 78 85
- E-poçt: [email protected]
- Vebsayt: www.zeytunpharma.az
- Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç. 93, BEGOC Biznes Mərkəzi
Şirkət haqqında
9 oktyabr 2014-cü ildə "Sağlamlığınızı Düşünən Apteklər Şəbəkəsi" şüarı ilə fəaliyyətə başlayan “Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, habelə xidmətlər sayəsində Azərbaycanın əczaçılıq sektorunda aparıcı mövqe qazana bilmiş və istehlakçıların etimad göstərdiyi br şirkətə çevrilmişdir. Şirkətin məqsədi idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə Azərbaycanın səhiyyə sisteminin həm dövlət, həm də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmət göstərməkdir. Bu ali missiyanı ən yüksək səviyyədə reallaşdırmaqdan ötrü şirkətin əməkdaşları yorulmadan çalışır. Şirkət portfelinə daxil olan əczaçılıq məhsullarının hər bir Azərbaycan vətəndaşının sağlam həyatı üçün ələçatımlı olmasını təmin etməkdən ötrü fəaliyyət çevrəsini təkcə Bakı şəhəri ilə məhdudlaşdırmayaraq Azərbaycanın bütün bölgələrini əhatə edir. Avtomobillərdən ibarət olan logistika mərkəzi "Zeytun Pharmaceuticals" -ın bütün ölkə boyu tərəfdaşlarının təchizatı işini operativ və keyfiyyətli şəkildə qurmasına zəmin yaradır. Şirkətin qazandığı uğurların əsas özəyi peşəkarcasına formalaşdırılmış peşəkar idarəetmə standartları və onların əsasında dayanan keyfiyyət; zaman; müştərilərə diqqət və onlar qarşısında məsuliyyət; humanizm; daimi inkişaf; innovasiya; komanda işi kimi korporativ dəyərlərdir. Bu gün Zeytun Pharma şirkəti Novartis, Sanofi, Abbott, Abdi İbrahim, Berlin Chemie, Santen, EVER, Takeda, EGIS, Actavis, Worwag, Sanovel, Nycomed, KRKA, Sandoz və s. bu kimi nəhəng istehsalçılarla sıx əməkdaşlıq edir və portfelinə yeni tərəfdaşları əlavə etməkdə davam edir.
Vakansiyalar
Zeytun Pharmaceuticals
Sayım üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
04.09.2024
Bakı
30
Zeytun Pharmaceuticals
Sistem üzrə nəzarətçi
Maaş: Müsahibə əsasında
03.09.2024
Bakı
38
Zeytun Pharmaceuticals
Tender üzrə Aparıcı Mütəxəssis
Maaş: Müsahibə əsasında
29.08.2024
Bakı
34
Zeytun Pharmaceuticals
Hüquqşünas
Maaş: 2000 - 2500 AZN
28.08.2024
Bakı
28
Zeytun Pharmaceuticals
İT Departamentin Rəhbəri
Maaş: Müsahibə əsasında
21.08.2024
Bakı
36