logo

West Product Marketing MMC

Vakansiya sayı: 1

Şirkət haqqında

“West Product Marketing” MMC 2003-cü ildə satış və distribütor şirkəti kimi fəaliyyətə başlayıb. Fəaliyyətinin ilk illərindən Yeni Zelandiyadan idxal etdiyi “Westgold” kərə yağı markası ilə bazarın liderinə çevrilməyi bacarıb. Şirkət hazırda Yeni Zelandiyadan başqa, Almaniya, Fransa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən də məhsulların idxalını və satışını həyata keçirir. “Westgold”, “Gerda”, “French Сow”, “Golden Crown”, “Korovushka” markaları ilə kərə yağı bazarının lideri olan şirkət eyni zamanda, 40-dan çox fərqli məhsulun distribütoru kimi də onların 10 000-dən çox ticarət nöqtəsinə paylanmasını təmin edir. Şirkətdə 600-dən çox əməkdaş çalışır.



“West Product Marketing” şirkəti yalnız distribütor mərkəzi olaraq fəaliyyət göstərmir, həm də məhsulları birbaşa müştərilərin ünvanına çatdırır. Ən ucqar kənd və qəsəbə ünvanları da buraya daxildir. Strateji bölgələrdə yerləşən distribütor mərkəzləri məhsulların nəzərdə tutulan bazarlara sürətli və səmərəli şəkildə çatdırılmasını həyata keçirir. Gəncə, Şəki, Lənkəran və Qubada fəaliyyət göstərən filialları buna nümunə göstərə bilərik. Son illərdə şirkət istehsal və pərakəndə satış sahəsində də fəaliyyətini genişləndirib.



“Kingsmart” supermarketlər şəbəkəsinin ilk filialı 2015-ci ildə müştərilərin ixtiyarına verilib. Hazırda Lökbatan qəsəbəsində 2 filial fəaliyyət göstərir. Gələcəkdə onların sayının artırılması planlanlaşdırılır. 2020-ci ildə isə “Odel” şirniyyat fabriki fəaliyyətə başlayıb. Hazırda bu fabrikdə “Odel” markası adı altında müxtəlif çeşidlərdə şirniyyatlar istehsal edilir.



İnnovativlik – İstər idarəetmədə, istər son model texnologiyaların tətbiqində daim yenilikləri izləyir və iş prosesimizi təkmilləşdirməyə davam edirik.


Müştəri məmnuniyyəti – Müştəri məmnuniyyəti bizim əsas öhdəliklərimizdəndir. Bu səbəbdən də idxal və istehsal etdiyimiz bütün qida məhsullarına ən yüksək keyfiyyət standartı tətbiq edir, onların təhlükəsizliyinə zəmanət veririk.


Etibarlılıq – Müştəri, tərəfdaş və əməkdaşlarımızla münasibətlərimizin əsasını etibarlılıq prinsipi təşkil edir. Fəaliyyətimizin ilk illərindən işimizi bu prinsip əsasında qurmuşuq və həmişə ona sadiq qalacağıq.



Komanda işi – Uğurlarımız böyük komandamızın peşəkar fəaliyyətinə əsaslanır. Komandanın hər bir üzvü şirkətimiz üçün dəyərli olduğunu bilir. Əməkdaşlarımızla münasibətlərimizi birlik, bərabərlik kimi dəyərlər üzərində qurmuşuq.


Məsuliyyətlilik – Yaşadığımız cəmiyyətə və ətraf mühitə qarşı məsuliyyətimiz olduğunu dərk edirik. Sosial layihələr və əməkdaşlıq etdiyimiz təşkilatlar vasitəsilə cəmiyyət üçün faydalı olmağa çalışırıq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: