logo

VMF

Vakansiya sayı: 1
Şirkət haqqında

VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.

 

Artıq uzun illərdir ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.

 

VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiyayeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.

 

Beləliklə, Azərbaycanda ilk dəfə saat və aksesuarlar sektorunda VMF adlı Şirkəti fəaliyyətə başlayır.

 

VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası dünya şöhrətli Swatch Grupa daxil olan “Longines” saat markası oldu. Elə həmin ildə dövrümüzə qədər fəaliyyət göstərən ilk satış məntəqəsi olan “Longines” butikini açdı. İsveçrənin məşhur Longines saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra, VMF SWATCH Qrupa daxil olan – Breguet, Blancpain, Glashütte Original, Omega, Rado, Hamilton, Tissot, Swatch, Flik-Flak, Certina, Calvin Klein kimi  dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirdi. 2004-cü ildə ilk Swatch və Tissot  butiklərinin rəsmi açılışını etdi. Bu gün artıq Azərbaycan paytaxtının bir neçə nöqtəsində bu brendlərin butik və kioskları uğurla fəaliyyət göstərir.

 

VMF həmçinin SWATCH Qrupa daxil olmayan İsveçrə markalarından Raymond Weil, Maurice Lacroix, Versace, Ferragamo, Versus kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirdi. 2001-ci ildə Raymond Weil, 2004-cü ildə Versace saat və zinət əşyaları, 2005-ci ildən Maurice Lacroix-nı Azərbaycan alıcısına təqdim etdi.

 

VMF İsveçrə markaları ilə yanaşı bazarda Yaponiyanın məhşur saat markalarını da təmsil edir. İlk təcrübə 2005-ci ilə Casio saat markası ilə başladı. Daha sonra 2010-cu ildə Seiko, Pulsar, 2015-ci ildə Lorus və 2017-ci ildə əfsanəvi Citizen VMF salonlarının vitrinlərində oldu. Beləliklə, VMF dünyaca məhşur olan 3 yapon brend grupunun Azərbaycanda rəsmi təmsilçisi oldu. 2017-ci ilin ortasında G_Factory butikini istifadəyə verdi.

 

VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.

 

Peşəkar heyyət və yüksək səviyyəli xidmət, yüksək keyfiyyətli məhsul və beynəlxalq zəmanət, müasir və münasib yerlərdə olan satış salonları VMF fəaliyyətinin mühüm elementidir, hansı ki, onu başqalarından fərqləndirir və davamlı uğurlu inkişafına imkan verir. VMF tək Bakıda deyil, eyni zamanda Azərbaycanın ən böyük şəhərlərində də, dizayn və rahatlığı, yüksək xidmət göstərən peşəkar komandası ilə 20-dən çox satış nöqtələrində saatsevərlərə xidmət göstərir. Bu gün VMF Şirkəti dünyaca məhşur brendləri  bir arada toplayaraq  tək butik və salonlarında deyil,onlarla diller şəbəkələrində də təmsil olunur və bütün məhsullarına beynəlxalq zəmanət verərək paytaxtımızın bir-neçə nöqtəsində yerləşən servis-təmir mərkəzləri ilə alıcılarına  xidmət göstərir.

 

VMF model, estetika, keyfiyyət, funksiya və hörmət daşıyan markaların tək rəsmi nümayəndəsi olaraq  istehlakçı istəyi və ehtiyaclarına görə özünü yeniləyəbilməsi, keyfiyyətli xidmət, müasir və profesional idarəetmə ilə Azərbaycan bazarında lider bir markaya çevrilib. VMF saat sektorunda keyfiyyət və inam baxımından üzərinə düşən vəzifəni hər zaman doğrultmaqdadır.

 

VMF-orijinalığı təmsil edən bir saat brendidir.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: