logo

Viva Medical Group MMC

Vakansiya sayı: 1

Şirkət haqqında

2009-cu ildən fəaliyyətə başlayan Viva Medical Group-un əsas məqsədi səhiyyə və təhsil sektorunu etibarlı, innovativ və ən müasir tibbi və laboratoriya avadanlıqları ilə təmin etməkdir.


Viva Medical Group dünyanın aparıcı markaları ilə əməkdaşlıq edərək, ən son texnologiyalarla istehsal  olunmuş avdanlıqları ölkəmizə gətirməklə, müştərilərə yüksək keyfiyyətli sərfəli xidmət təklif edir.


Şirkətimizin əsas hədəflərindən biri də, öz etibarlı adını daim qoruyub saxlayaq məhsulların keyfiyyəti, çeşid müxtəlifliyi, əməkdaşların yüksək peşəkarlığı ilə müştərilərin bizə olan etimadını hər zaman prioritet seçib keyfiyyətli xidmət göstərməkdir. Məhz bu fəaliyyətin nəticəsidir ki, bugün müştəri sayımız 1500-dən artıqdır.

Viva Medical Group, çoxistiqamətli fəaliyyət göstərərək aşağıdakı departamentlər üzrə xidmətlərini müştərilərə təqdim edir.


Viva Medical – Tibbi, kosmetoloji və stomatoloji avadanlıqların satışı departamenti.


Viva Science - Tibb və Təhsil Laboratoriyası avadanlıqlarının satışı departamenti.


Viva Fix – Ortopedik və Travmatoloji avadanlıqların satışı departamenti.


Gələcək perspektivdə departamentlərin sayını daha da artıraraq Viva Medical Group olaraq tibb və laboratoriya sektorunda daim yüksək xidmət göstərməklə inkişaf etməkdə olan ölkəmizdə hər zaman sektorun aparıcı şirkətlərindən biri olmağa ümid edirik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: