
Universal PRO
- Əlaqə nömrəsi: +994 51 555 05 55
- E-poçt: [email protected]
- Vebsayt: universalpro.az
Şirkət haqqında
Şirkət 1998-ci ildə yaradılıb və fəaliyyətinin ilk illərində “Universal Makina” adı altında fəaliyyət göstərib. Bu müddət ərzində Bosch, Saint Gobain, Klingspor, Telwin, Jotun, ESAB, Çağsan, Lincoln Electric, Rockwool kimi dünya brendlərinin rəsmi nümayəndəliyinin distribüterlik fəaliyyətini həyata keçirib. 2013-cü ildə rebrendinq olunan şirkət “Universal PRO” adlandırılıb. Və bu yenilikdən sonra öz fəaliyyətini “B2B/B2G” seqmentində inkişaf etdirərək böyük miqyasda genişləndirib
Hazırda “Universal PRO” daxili və xarici bazarlarda lider brendlərlə çalışaraq çoxçeşidli və genişprofilli məhsul portfelinə sahibdir. Dünya üzrə 1200-dən çox tədarükçü şirkət ilə yüksək səviyyədə işgüzar əlaqələr qurmaqla rəqabətcil, GENİŞ SPEKTRLİ TƏCHİZAT XİDMƏTİNİ təklif edir.
Tədarük portfeli 30% yerli, 70% isə xarici bazarlardan aparılır. Layihə ehtiyaclarına uyğun istehsalçının ərazisindən, dəniz portlarından və ya birbaşa layihə sahəsinə olmaqla məhsul tədarük edilir.
Universal Pro, 3-cü tərəflərə ödəmə də daxil olmaqla, tədarük zəncirinin bütün mərhələlərində riskləri öz üzərinə götürərək qüsursuz xidmət modelini özündə birləşdirir.
Universal PRO hazırda dövlət qurumları, neft-qaz sənayesi, inşaat, gəmiçilik kimi əsas aparıcı sahələrdə 150-dən çox aktiv korporativ müştəriyə məxsus mötəbər layihələrin əsas tədarük strategiyalarında başlıca dəstəkçidir.ər, abraziv materiallar, qaynaq materialları və s. kimi mal və xidmətlərin geniş portfelini