logo

UHY Azerbaijan

Vakansiya sayı: 0

Şirkət haqqında

UHY Azərbaycan biznes yönümlü məsləhət və audit şirkətidir. Biz müştərilərimizin qarşılaşdığı çətinlikləri və işgüzar imkanları daha yaxşı qiymətləndirmək üçün müştəriləri öyrənmək yolunda daha çox səy və diqqət nümayiş etdiririk. Bu cür yanaşma müvəffəqiyyət əldə etmək üçün müştərilərimizin ehtiyac duyduğu düzgün təcrübənin onlara aşılanmasında və daha çox məna kəsb edən biliklərin ötürülməsində böyük rola malikdir.


Şirkət 2010-cu ildə yaradılmışdır və əhəmiyyətli dərəcədə inkişaf edərək yerli bazarın liderlərindən birinə çevrilmişdir. 2019-cu ildən etibarən bizim firma hüquqi cəhətdən müstəqil fəaliyyət göstərən mühasibat və məsləhət şirkətlərini özündə cəmləşdirən 20 ən üstün qlobal şəbəkədən biri olan UHY International-ın üzvünə çevrilmişdir. UHY UHY International şəbəkəsinin brend adıdır. Hal-hazırda UHY Azərbaycan Azərbaycan Respublikasında ən üstün professional xidmətlər göstərən firmalardan biri kimi fəaliyyət göstərir və UHY International isə dünyada ən böyük mühasibatlıq şəbəkələrindən biridir.


Komandamızın uğuru malik olduğumuz ehtiyatlar, bilik, bacarıq və Azərbaycan Respublikasının və eləcə də, UHY qlobal şəbəkəsinin ən yaxşı təcrübələrindən qaynaqlanır. Biz geniş çeşidli müştəri xidmətləri göstərmək üçün bilik, sistem və təcrübəyə sahib olma baxımından kifayət qədər böyük olsaq da, hər müştəriyə birbaşa "partnyor" nəzarəti ilə fərdi xidmət və fərdi yanaşma nümayiş etdirmək cəhətdən kifayət qədər kiçikik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: