logo

TWC Management Consulting

Vakansiya sayı: 1

Şirkət haqqında

TWC, 2018-ci ildə yaradılmış Azərbaycanın ilk yerli menecment konsaltinq şirkətidir. Biz aparıcı şirkətlərin üzləşdiyi biznes problemlərini ağıllı, sistematik və innovativ yollarla həll edərək ölkənin biznes ekosistemində davamlı dəyər yaradırıq. Komandamız, biznesin bütün sahələrində unikal bilik və təcrübəyə sahib peşəkarlardan ibarətdir. Müştərilərimizi dəstəkləmək üçün qlobal təcrübəni lokallaşdıraraq müstəsna həll yolları tətbiq edirik. Bu baxımdan, TWC öz müştərilərinə biznes problemlərin həlli üçün sərhədləri olmayan kreativ həll yolları ilə güclü dəyər və zəngin təcrübə vəd edir.


Missiyamız Mərkəzi və Şərqi Avropada aparıcı idarəetmə konsaltinq şirkəti olmaqdır. TWC istehsal, enerji, daşınmaz əmlak, logistika, pərakəndə satış və tikinti sahələrində aparıcı özəl şirkətlərlə layihələrə həyata keçirib. TWC-nin əsas hədəfi Azərbaycanın biznes mühitində konsaltinq mədəniyyətinin yaradılmasıdır.


Biz şirkətlərə portfelin optimallaşdırılması, texniki-iqtisadi əsaslandırma, strateji bazar araşdırması, maliyyələşdirmə, balanslaşdırılmış qiymətləndirmə kartları, maliyyə modelləşdirmə, məhsul inkişafı, satış və marketinq strategiyasında çətinliklərin öhdəsindən gəlməyə kömək edirik. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: