
Trawell Group
- Əlaqə nömrəsi: +994 12 310 22 88
- E-poçt: info@trawellgroup.com
- Vebsayt: www.trawellgroup.com
- Ünvan: Samad Vurgun str. 43, World Business Center, 20th floor
Şirkət haqqında
Trawell Group gənc, dinamik komandası ilə bir neçə səyahət startapları üzərində işləyən, USA, Dubay və Niderlandda ofisləri olan beynəlxalq turizm şirkətidir. Qurumun Baş Ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir və 2015-ci ildən etibarən Bakı ofisi ilə birgə regional turizm startaplarının inkişafına çalışır. Üzərində işlədiyimiz əsas startaplara Pickvisa.com, Vizam.az, Postkarto, Seguro.az və digər məhsullar daxildir. Pickvisa.com və Vizam.az biri regional digəri isə lokal startap olaraq səyahətçilərin viza tələblərini onlayn şəkildə ödəməyə fokuslanmış viza startaplarıdır. Vizam.az 2015-ci ildə Bakı, Azərbaycanda, Pickvisa.com isə 2018-ci ildə Dubay, BƏƏ-də fəaliyyətə başlayıb. Postkarto IOS və Android platformaları üzərində mobil tədbiqetmə olaraq işləyən Artırılmış Reallıq startapıdır. Startap istifadəçiyə normal gözləntiləri aşmış və klassik postkart yanaşmasını bir kənara qoymuş artırılmış reallıqlı postkartlar təklif edir. Postkartların canlanması bu sferaya yeni nəfəs gətirməkdədir.