
Toolino
- Əlaqə nömrəsi: +994 50 589 66 00
- E-poçt: [email protected]
- Vebsayt: www.toolino.com
- Ünvan: Abşeron Ticarət Mərkəzi (ATM), Korpus 12, Mağaza 1 (Lökbatan-Xocəsən yolunun üstü
Şirkət haqqında
“Toolino” brendi Azərbaycanın satış bazarında aparıcı şirkətlərdən biridir və portalımız müxtəlif növ elektrik və qeyri-elektrik, bağçılıq və əl alətlərinin, generatorların və bu qəbildən çox sayda məhsulların satışını həyata keçirən unikal kataloq rolunu oynayır.
İlk olaraq qeyd etmək lazımdır, şirkətimiz öz fəaliyyətinə qısa zaman ərzində yeni brend altında başlasa da, yuxarıda qeyd edilən və daha çox məhsulların korporativ (topdan) və pərakəndə satışı istiqamətində zəngin təcrübəyə malikdir.
Aydındır ki, daim inkişaf etməkdə olan dünya və yerli satış bazarı yeni yanaşma və həll yolları tələb edir. Portalımız məhz bu tələblər rəhbər tutularaq və satış sahəsində uzunillik təcrübəmizə əsaslanaraq tərtib edilmişdir.
Xüsusilə vurğulamaq lazımdır ki, “Toolino”nun satışını həyata keçirdiyi geniş çeşiddə alətlər öz keyfiyyəti və işləkliyi baxımında həm fərdi müştərilər, həm də sözügedən bu alətlərin satışı ilə məşğul olan mağazaların istək və tələblərinə yüksək səviyyədə cavab vermək iqtidarındadır.
Bununla yanaşı, şirkətimizin təklif etdiyi məhsullar geniş çeşiddə birbaşa istehsalçıdan tədarük olunur və hər bir məhsul ehtiyat hissələri ilə təmin edilir. Bunun da sayəsində satışını həyata keçirdiyimiz məhsulların keyfiyyətinə tam zəmanət veririk.
Kataloqumuzda yer alan hər hansı məhsulu əldə etmək arzusunda olan müştərilərimiz portala daxil olaraq onları maraqlandıran bütün suallara cavab tapa bilərlər. Belə ki, burada bütün məhsul kateqoriyaları barədə ətraflı məlumat qeyd olunub.
Bununla yanaşı, müştərilərimiz portalımıza daxil olaraq canlı çat, eləcə də “WhatsApp” mesenceri və saytımızda qeyd olunan nömrələr vasitəsilə bizimlə əlaqə saxlayaraq istənilən məlumatı əldə etmək imkanına sahibdir.