logo

Stamperia Print

Vakansiya sayı: 1

Şirkət haqqında

SİZİ SƏHİFƏMİZDƏ GÖRMƏYƏ ŞADIQ

10 il ərzində "Stamperia" komandası Azərbaycanda heç bir digər poliqrafiya qəbul etməyən layihələri həyata keçirmişdir. Biz aparıcı brendlər üçün konsepsiyalar yaradır, vacib tədbirlər üçün üslub hazırlayır, Avropa bazarının yeniliklərini birinci tətbiq edirdik.


İMKANLAR

Biz yalnız gözəl poliqrafiya yaratmırıq. Bunu çoxları bacarır. Bizim hədəfimiz – çap məhsulunun köməyi ilə müştərinin məsələlərini həll etməkdir. Brendin vizual qavranılması, ilk baxışdan olan sevgi kimidir. İstəyirsiniz ki, sizi seçsinlər, yadda saxlasınlar, nümunə gətirsinlər? Seçilməyi bacarın. Biz bunu keyfiyyətli şəkildə icra etməyə kömək edəcəyik. Bizim bugünkü qərarlarımız, sabahın trendi olur.


Satılan imic yaradırıq

Siz artıq keyfiyyətli reklam poliqrafiyası, imic məhsulu və yaradıcı qablaşdırmanın satışlara necə güclü təsir etdiyini bilirsiniz. Əks halda bizə müraciət etməzdiniz.

Biz məhsulun deyil, həyat tərzinin satıldığını bilirik. Lazımlı təəssürata necə nail olmaq və digərləri arasında necə seçilmək olar? Bunu poliqrafiyanın köməyi ilə edin. Reklamda əhəmiyyətsiz xırdalıqlar olmur, hər detal brendin hekəyasindən bəhs edir. Bəs hekayə necə olacaq? Bu icranın keyfiyyətindən asılıdır. Müştərilərinizə əldə etmək istədiyi məhsulu hədiyyə edin.


Liderlər bizə etibar edirlər

«Stamperia» Bakının və Azərbaycanın ən böyük şirkətlərinin etibarını qazanıb. Eksklüziv məhsulun qablaşdırılması üçün, bizə müraciət edirlər. Nüfuzlu tədbirlərin tərtibatı tələb olunursa, bizi seçirlər. Biz beynəlxalq səviyyədə olan biznes üçün, vizit kartlar və brendləşdirilmiş poliqrafiya hazırlayırıq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: