SM Consulting MMC
- Əlaqə nömrəsi: +994 50 263 11 97
- E-poçt: [email protected]
- Vebsayt: www.smconsulting.az
- Ünvan: Əhməd Rəcəbli 156, Bakı
Şirkət haqqında
2014-cü ildən fəaliyyət göstərən “SM CONSULTİNG” MMC , Azərbaycanın inkişaf edən biznes mühitində minlərlə vergi ödəyicisinə dəstək göstərmişdir. Fəaliyyətə başladığımız dövrdə xüsusilə kiçik və orta sahibkarlar üçün mühasibat uçotu və vergi hesabatlarının tərtib edilməsi sahəsində ciddi çətinliklər mövcud idi. Bu problemlər sahibkarlara həm maliyyə, həm də vaxt itkisinə səbəb olurdu.
Bu ehtiyacı qarşılamaq məqsədilə sahibkarlara mühasibatlıq, vergi və kadr kargüzarlığı üzrə cari əməliyyatların icrası, uçotun aparılması, hesabat və bəyannamələrin hazırlanması, auditin keçirilməsi kimi geniş xidmətlər təqdim etməyə başladıq.
Müasir dövrün tələblərinə uyğun olaraq, "Sensible" proqram təminatı vasitəsilə rəqəmsal mühasibatlıq, kadr uçotu və əmək haqqı hesablanması həlləri təklif edirik. Bu yanaşma sayəsində müştərilərimiz qanunvericiliyə uyğun, şəffaf, rəqəmsal və minimum riskli biznes əməliyyatları aparmaq imkanı qazanırlar.
Bizim məqsədimiz sahibkarların vaxtlarını sənədləşməyə deyil, bizneslərinin inkişafına sərf etmələrini təmin etməkdir. İllər ərzində yüzlərlə şirkət və fərdi sahibkar vergi risklərindən qorunmaq, vergi və mühasibat uçotunu optimallaşdırmaq və insan resursları idarəçiliyini təkmilləşdirmək üçün bizə güvənib. Eyni zamanda, müştərilərimizi vergi nəzarət tədbləri zamanı hazırlıq prosesində dəstəkləyir, onları dövlət vergi orqanında və digər dövlət qurumlarında təmsil edirik.
Fəaliyyətimiz boyunca topladığımız bilik və təcrübəni paylaşmaq məqsədilə "SM Business School" tədris mərkəzini yaratmışıq. Burada təlim və təcrübə proqramları vasitəsilə həm iş tapmaq istəyənlərə, həm də peşəkar səviyyələrini artırmaq istəyən mütəxəssislərə dəstək oluruq.
Hal-hazırda, 20-ə yaxın vergi və mühasibat mütəxəssisi ilə 4 vergi və mühasibatlıq komandamız, həmçinin 10-dan çox mütəxəssisi olan 2 kadr və əmək haqqı (Payroll) komandamızla, ümumilikdə isə 40-a yaxın heyətlə fəaliyyətimizi uğurla davam etdiririk.