
Rəmzioğlu Paxlava
- Əlaqə nömrəsi: +994 70 808 08 00
- E-poçt: [email protected]
- Vebsayt: www.ramzioglu.az
Şirkət haqqında
Haqqımızda, 2005-ci ildən un məmulatları sahəsində fəaliyyətə başladıq. 2013-cü ildən isə paxlava istehsalı və satışı istiqamətində inkişaf edən şirkətimiz milli və türk paxlavaların istehsalı və satışı ilə fəaliyyət göstərir.
Paxlavanı, qədim hazırlanma ənənələrinə sadiq qalaraq, eyni zamanda, yenilikləri tətbiq edərək hazırlamaq böyük bir məsuliyyət tələb edir. Bu məsuliyyəti anlayaraq çox böyük əzmlə incəlik tələb edən bu sahəyə qədəm qoyduq.
İşin öhdəsindən bacarıqla gəlmək üçün peşəkar yerli və Türkiyənin paxlava mərkəzi olan Gaziantepli ustalarla birgə işə başladıq.Ənənəvi Türk paxlavasını daha dərindən araşdırmaq və ölkəmizdə təqdim etmək üçün dəfələrlə Gaziantepdə olduq.
Burada türk paxlava markalarının istehsalında tətbiq olunan təcrübələri öyrənərək öz istehsalımızda tətbiq etdik. Hal-hazırda son texnologiyalara əsaslanan istehsal ilə ənənəvi milli və türk paxlavalarınıözünə məxsus dadı ilə təqdim edirik.
Vizyonumuz: Keyfiyyətli məhsullarımız ilə müştərilərimizin hisslərinə toxunaraq, xoşbəxt anlarında onlarla bərabər olmaq.
Keyfiyyət
İstisnasız olaraq, bişirdiyimiz hər bir paxlava və satılan məhsullarımız ən yaxşı tərkib malları ilə hazırlanır.
Müştəri Məmnuniyyəti
Məhsul keyfiyyəti ilə yanaşı, ünsiyyət keyfiyyətimizi də daim üst səviyyədə tutmağı öhdəlik olaraq qəbul edirik.
Sürətli və Tam Çatdırılma
Sizin üçün xidmətlərimizdə və çatdırılma üçün tələb olunan bütün vasitələrdə daim yenilik axtarışındayıq.