
Qala Sigorta
- Əlaqə nömrəsi: +994 12 377 10 10
- E-poçt: [email protected]
- Vebsayt: www.qala-insurance.az
- Ünvan: Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221
Şirkət haqqında
Cəmiyyətimiz 1998-ci ildən AIG Caspian Insurance Company adı altında sığorta sahəsində fəaliyyətə başlamış, 2010-cu ildə şirkətin adı Çartis Azərbaycan Sığorta Şirkətinə dəyişilmişdir.
30.09.2015-ci ildən Cəmiyyətin səhmləri Azərbaycan Respublikasında fəaliyyət göstərən ilk və yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC tərəfindən satın alınmış və Cəmiyyətin adı dəyişdirilərək “Qala Sığorta” ASC adlandırılmışdır.
Cəmiyyətimiz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sığorta sahəsində müvafiq lisenziya əsasında fəaliyyət göstərir və Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilmiş müvafiq icazələr əsasında dörd icbari növ daxil olmaqla, ümumilikdə iyirmi üç sığorta növü üzrə öz xidmətlərini müştərilərə təklif edir.
Qala Sığorta xeyli sayda fərdi və korporativ müştərilərlə xidmət göstərməklə yanaşı bir sıra dövlət müəssisələrinin elan etdiyi tenderlərdə də müvəffəqiyyətlə iştirak etmiş və qalib elan olunaraq öz öhdəliklərini layiqincə yerinə yetirməkdədir. Cəmiyyət qanunvericiliklə müəyyən edilmiş korporativ idarəetmə strukturuna malik olmaqla yanaşı idarəetmə və funksional strukturlarımızın əməkdaşları sığorta sahəsində uzunmüddətli təcrübəyə malik şəxslərdən təşkil olunmuşdur.
Ümumilkdə isə Cəmiyyətimizdə olan işçi heyətinin sayı 136 nəfər təşkil edir.
Vakansiyalar

Qala Sigorta
Tibbi yardımın təşkili şöbəsinin dispetçeri
Maaş: Müsahibə əsasında
10.04.2025
Bakı
32

Qala Sigorta
Risklərin idarəedilməsi şöbəsinin mütəxəssisi
Maaş: Müsahibə əsasında
10.04.2025
Bakı
38

Qala Sigorta
Müştəri məmnuniyyəti və Çağrı mərkəzinin mütəxəssisi
Maaş: Müsahibə əsasında
10.04.2025
Bakı
35