logo

Pro Con izo MMC

Vakansiya sayı: 1

Şirkət haqqında

“PRO CON izo” izolyasiya şirkəti olaraq 2011-ci ildən bu günə kimi hər zaman müştəri məmnuniyyəti, keyfiyyətli xidmət, dürüstlük və səmimiyyət çərçivəsində fəaliyyət göstəririk. Əsas xidmətlərimiz izolyasiya işləri, döşəmə örtüyü işləri, injeksiya sistemi, dekorativ suvaq, yaşıl dam sistemləri üzrədir. Hədəfimiz sizlərə daim artmaqda olan təcrübəmiz və etibarımızla xidmət etməkdir. Müasir tikililərin rahatlıq, təhlükəsizlik və estetik tələbatlarımıza tam cavab verə bilməsi üçün inşaatın bütün mərhələlərində izolyasiya sistemləri mühüm rol oynayır. Bu sistemlər isə yalnız yüksək texnologiya və etibarlı kimyəvi tərkibli maddələrlə uzunömürlü olur. Təcrübəmiz əsasında həm Azərbaycan, həm də regional tikinti sektorunun inşaat sistemlərində təcrübəli texniki və mühəndis heyətinin fəaliyyətilə birlikdə yüksək keyfiyyətli məhsullar, eyni zamanda xidmətlər təqdim edirik. Geniş məhsul kateqoriyamızda su izolyasiyası məhsulları, dekorativ və sənaye tipli döşəmə örtükləri, istilik izolyasiyası və montalama sistemləri, temperatur tikişlər üçün həllər, beton qoruma və gücləndirmə sistemləri, beton qatqıları, akustik panellər, beton kəsim və deşimi kimi çeşidli məhsul qrupları vardır. Əməkdaşlıq etdiyimiz şirkətlərin dünya standartlarına cavab verən məhsulları hazırda bir çox ölkələrdə binaların uzunömürlülüyünü və insanların rahatlığını təmin etməkdədir.
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: