logo

Prime Cotton

Vakansiya sayı: 2
Şirkət haqqında

Prime Cotton Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.


Prime Cotton MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, Rusiya və digər MDB ölkələrinə, eyni zamanda Avropa, Yaxın və Uzaq Şərq ölkələrinə ixrac edilir. Şirkətin istehsal etdiyi pambıq mahlıcı ortaliflidir və özünəməxsus rəngə malikdir, bununla da o, məsələn, Amerika pambığından öz sarımtıl çalarları ilə fərqlənir.


Regionlarda yerləşən Pambıq Emalı, Qəbul Məntəqəsi və İnnovasiya filiallarından başqa "Prime Cotton" MMC-nin Bakı şəhəri və Mingəçevir şəhəri ərazisində xam pambıq mahlıcından müxtəlif növ ipliklər istehsal edən "Bakı Tekstil Filialı" və "Mingəçevir Tekstil Parkı", Şirvan şəhərində çiyiddən pambıq yağı istehsal edən "Şirvan Yağ Emalı Zavodu" fəaliyyət göstərməkdədir.


"Bakı Tekstil Filialı" Almaniyanın "RİETER" şirkətinin müasir texnologiyası ilə təchiz olunmuş, ildə 7 min ton "Open-End" iplik istehsal etmək gücünə malikdir. Fabrik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etməsi ilə öz fəaliyyətə başlamışdır.


"Şirvan Yağ Emalı Zavodu" texniki-çiyidindən pambıq yağı və jmıx istehsal edir, müəssisədə linter xətti və təmizlənmiş yağ istehsal edən xətt fəaliyyət göstərir. Amerika, Almaniya, İtalya və Türkiyənin avadanlıqları ilə təchiz olunmuş mərkəzi laboratoriyası mövcud olan zavod gündəlik 350-400 ton çiyid emal etmə gücünə malikdir.


"Mingəçevir Tekstil Parkı" Qafqazın iplik istehsal edən ən böyük müəsissəsidir. İstehsal prosesində Almaniya, Yaponiya, İsveçrə, Hindistan və İtalya kimi ölkələrdə istehsal olunmuş müasir texnologiyalara cavab verən avadanlıqlardan istifadə edilir. Fabrik pambıq mahlıcından ildə 10 min ton “Ring”, 10 min ton “Open-End” üsulu olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür ipliklər istehsal etmək gücünə malikdir.


Prime Cotton tərəfdaşlarına və alıcılara öz mallarının yüksək keyfiyyətinə və vaxtında çatdırılmasına zəmanət verir. Cəmiyyət inkişaf dinamıkasını qorumaq üçün strateji əhəmiyyətli regional filiallarda əsaslı təmirlər, yenidənqurma işləri və modernizasiyalar həyata keçirir.


Zavod və müəssisələrə yeni və daha müasir Türkiyə, ABŞ, Özbəkistan Respublikası, İsveçrə və Ukrayna Respublikasında istehsal olunmuş avadanlıqlar, texniki vasitələr və mütəxəssislər cəlb edilir.


Prime Cotton MMC hazır məhsulları üzrə "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi"ndən Uyğunluq Sertifikatı almışdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: