logo

Parrotias MMC

Vakansiya sayı: 1

Şirkət haqqında

Parrotias MMC 2020-ci ildə fərdi mühafizə vasitələri, uniformaların istehsalçısı və distribyutoru kimi təsis edilmişdir. Şirkətimizin əsas fəaliyyət istiqaməti fərdi mühafizə vasitələridir. Biz tikinti, sənaye, məişət, tibb və digər sektorlar üçün yüksək keyfiyyətli və innovativ fərdi mühafizə vasitələrini təklif edirik. 

Hədəfimiz mövcud bazarda müştərilərimizin ehtiyac və maraqlarına diqqət yetirmək, onların istək və ehtiyaclarına uyğun məhsullar təqdim etməkdir. Məqsədimiz sizinlə birlikdə böyümək və yerli və xarici bazarlarda tam dəstəkçiniz olmaqdır.

Missiyamız müvafiq bazarda uğurlu və beynəlxalq səviyyədə tanınan, həmişə bir addım öndə olan, müştərilərimizin tam faydalana biləcəyi yüksək keyfiyyətli məhsullar təklif edən bir nömrəli tərəfdaş seçimi olmaqdır.

 

Biz şəhərin mərkəzinə yaxın asanlıqla əldə edilə bilən geniş məhsul vitrini, anbar və ofisinə sahibik. Şirkətimiz məhsulların Respublika üzrə yüksək səviyyədə çatdırılmasını həyata keçirir.

Şirkətimiz Bakı Abadlıq, Metak, Azərtexnolayn, BCC group, Araz Supermarket Şəbəkəsi, Azərgold, Grand Motors, Zəyəm Texnologiyalar Parkı, Bakelektro, Unimetal, Uni-ko və Tekfen kimi bir çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir. 

Parrotias ilə sağlamlığınızın qeydinə qalın!

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: