logo

Novex Group

Vakansiya sayı: 2

Şirkət haqqında

Novex Group öz biznesini effektiv menecment və korporativ idarəetmə qərarları əsasında qurur.

 

Şirkətin dörd əsas istehsal və bir distribusiya müəssisəsi mövcuddur: Qəbələ, Quba və Lənkəran konserv zavodları, ATS Food və Mars Overseas Baku LTD. 

Bu müəssisələrdə qabaqcıl texnologiyalar və yüksək standartlar tətbiq edilərək Jalə, Zolotoy Sad, Natura, Bağdan, Mia, I’m Tea, Bismak, Çörəkçi və digər tanınmış brendlərin müxtəlif qida məhsulları, içkilər və un məmulatları istehsal edilir.

 

İstehsalın əsasını yüksək keyfiyyət, müasir texnologiyalar və innovativ yanaşma təşkil edir. Məhsullar yerli bazarda böyük tələbatla qarşılanmaqla yanaşı, ABŞ, Kanada, İtaliya, Fransa, Almaniya, Slovakiya, Polşa, Türkiyə, Ukrayna, Belarus, Rusiya, Gürcüstan, Qazaxstan, Türkmənistan, Tacikistan, Qatar, BƏƏ, İraq, İsrail, Pakistan, Çin, Yaponiya, Malayziya, Avstraliya və Yeni Zelandiya kimi ölkələrə də ixrac olunur.

 

Peşəkar komanda, geniş logistika şəbəkəsi və tətbiq edilən müasir texnologiyalar sayəsində məhsulların təhlükəsiz, vaxtında və optimal şəraitdə müştərilərə çatdırılması təmin edilir.

 

Novex Group olaraq davamlı inkişaf, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas göstəricilərdir.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: