logo

Neptun Supermarket

Vakansiya sayı: 1

Şirkət haqqında

Neptun Supermarketlər Şəbəkəsi 2003-cü ildə Azərbaycanda qida sektoru sahəsində fəaliyyətə başlayıb həm yerli həm də xarici məhsulların satışını həyata keçirir.


Burada keyfiyyəti, ekoloji təmiz tərkibi, saxlanma müddəti və s. ilə seçilən Almaniya və digər Avropa məhsulları yer almışdır. Bundan əlavə supermarketlərdə mövcud olan “Uşaq aləmi” bölmələrində balacaların qayğısına qalmaq üçün keyfiyyətli uşaq qidası, paltarlar, oyuncaqlar və məktəb ləvazimatları əldə etmək olar.Əsas prinsipi sağlam qidaya üstünlük olan Neptun Supermarketlər şəbəkəsi optimal şəraitdə saxlanılan məhsullarla artıq 22 ildən çoxdur ki, geniş alıcı kütləsinin inamını qazanıb.


Neptun Supermarketlər şəbəkəsi olaraq bizim əsas vəzifəmiz müştəriləri sağlam və keyfiyyətli məhsullarla təmin etməkdir. İstehlakçıların təhlükəsizliyi üçün gigiyenik qaydalara riayət olunur. Bunun üçün bir sıra təhlükəsizlik tədbirləri həyata keçirilir. Çünki müştərilərin məmnuniyyətini təmin etmək, onların davamlı olaraq artan ehtiyaclarını qarşılamaq qarşımıza qoyduğumuz əsas məqsəddir.


İşçilərin bilik səviyyəsini artırmaq üçün təşkil olunan təlim və seminarlar keyfiyyət siyasətimizin əsaslarından biridir. Ərzaq təhlükəsizliyi və gigiyena sahəsinində işçilər geniş məlumatlandırılır. Personal gigiyenası təhlükəsizlik tədbirlərinin əsas istiqamətlərindən birini təşkil edir.


Məhsulların saxlanması və satışı zamanı temperaturun düzgün tənzimlənməsi böyük önəm daşıyır. Anbarların, soyuducuların və rəflərin temperaturun tələblərə uyğunluğu yoxlanılır. Keyfiyyət siyasətini təşkil edən təhlükəsizlik tədbirlərindən bir də istifadə tarixinin yoxlanışıdır.


Satışda olan hər bir məhsulun istifadə tarixi müntəzəm olaraq yoxlanılır və istifadə müddəti sona çatan məhsullar satışdan götürülür. Neptun mağazları mütəmadi olaraq Keyfiyyətə Nəzarət Departamenti mütəxəssisləri tərəfindən GMP və HACCP prosedurlarına əsasən yoxlanılır. Bundan əlavə məhsulların Səhiyyə Nazirliyi Əsasnaməsinə cavab verməsini müəyyən etmək üçün yoxlanılır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: