logo

Missiya Təhsil Şirkəti

Vakansiya sayı: 1

Şirkət haqqında

Missiya Təhsil Şirkəti 2020-ci il iyun ayında Mircavid Əhməd İman oğlu tərəfindən Biləcəri qəsəbəsi, Məmmədsəid Ordubadi küçəsi 25 ünvanında təsis edilmişdir. Həmin vaxtdan etibarən təhsil sektoruna öz töhfəsini vermişdir. Missiya Təhsil Şirkəti olaraq 2021-ci il yay aylarından etibarən 2 yeni filialımız ilə Yeni Yasamal Dadaş Bünyadzadə 9 ünvanında Yasamal filialımız və Xırdalan şəhərində Heydər Əliyev prospekti 30 ünvanında Xırdalan filialımız fəaliyyətə başlamışdır. 2022-ci il may ayının 7-dən etibarən etibarən Fətəli Xan Xoyski 118A ünvanında yerləşən Gənclik filialımız (Talassemiya Mərkəzinin yanı) və Məhmməd Hadi 2324 ünvanında yerləşən Əhmədli filialımız uğurla fəaliyyətə başlamışdır (Əhmədli m/s-nın çıxışı, RSD plazanın 3-cü mərtəbəsi).


İlk ilimizdə kifayət qədər şagird və tələbələrə uğur qazandırmışıq. Abituriyent hazırlığı üzrə şagirdlərimizin 95%-i ali təhsil müəssisələrinə yüksək göstəricilərlə qəbul olmuşdur. Filiallarımızın sayını artırmaqda əsas məqsədimiz təhsildə böyük müvəffəqiyyət qazanmaq istəyən hər kəsə daha yaxın olmaqdır. Bütün filiallarımızda tədris keyfiyyətinin yüksək səviyyədə saxlanılması, otaqların təmizliyi, xidmət səviyyəsinin daha da inkişaf etdirilməsi üçün xüsusi idarəetmə sistemimiz mövcuddur. Tədrisin keyfiyyətinə hər zaman zəmanət veririk.

 

Əsas prinsiplərimiz:

  • Ədalətlilik
  • Şəffaflıq
  • Dürüstlük
  • İnnovativ və inkişaf yönümlü metodlardan istifadə
  • Humanizm
  • Bərabərlik
  • Tolerantlıq
  • Səmərəlilik
  • İndividual yanaşma


Məktəbəqədər hazırlıq daxil olmaqla 11-ci sinif hazırlığına qədər, abituriyent hazırlığımagistr hazırlığıMİQ imtahanına hazırlıq, müxtəlif kompüter proqramları üzrə hazırlıq, 1C mühasibatlıq dərslərini yüksək keyfiyyət və peşəkarlıqla tədris edirik. Dərslərin keyfiyyətinin hər zaman yüksək səviyyədə saxlanılması məqsədilə tədris zamanı ən effektiv və innovativ metodlardan istifadə edilir. Şirkətimizdə təhsil alan hər kəsin inkişafını daim diqqətdə saxlamaq, onları daha da inkişaf etdirmək və biliklərini yoxlamaq üçün hər ay sınaq imtahanları təşkil edirik. Onları motivasiya etmək üçün imtahanlarda müxtəlif dəyərli hədiyyələr təqdim edirik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: