Milla Dairy
- Əlaqə nömrəsi: +994 12 410 99 05
- E-poçt: [email protected]
- Vebsayt: www.milla.az
- Ünvan: AZ0115, ABŞERON RAYONU, HÖKMƏLİ ŞTQ, BAKI-ŞAMAXI ŞOSSESİ 15-ci km.
Şirkət haqqında
“AZ FP CO” LTD MMC 2011-ci ildə "Milla" markası ilə süd məhsulları bazarında fəaliyyətə başlamışdır. "Milla" markası Azərbaycanda, demək olar ki, bütün süd məhsulları kateqoriyasında ən çox məhsul çeşidi olan markadır. Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmə gücünə malikdir. Şirkət məhsulların təzə və təhlükəsiz şəkildə bazara çatdırılmasını təmin etmək üçün sutka ərzində 12 istehsal xəttində süd məhsulları istehsal etməyə qadirdir. “Milla” markası Azərbaycanda bir çox süd məhsulları kateqoriyasında bazar lideridir. “Milla” markası yarandığı gündən əsas misiyası əhalini yüksək keyfiyyətli süd məhsulları ilə təmin etməkdir. Şirkət, həmçinin, istehsalat prosesində texnoloji yenilikləri izləyərək ən son texnologiyalardan istifadə edir.
Hazırda müəsisədə 9 kateqoriya üzrə məhsul istehsal olunur:
- “UHT” süd
- Xama
- Qatıq ( homogenizə və kənd qatığı)
- “UHT” qaymaq
- Pendir (feta pendir, krem pendir, ağ kənd pendiri)
- Ayran
- Yoğurt (qatı və içməli yoğurt)
- Kefir
- Dondurma
Şirkət hər zaman “Keyfiyyət İdarəetmə Sistemi”nin yararlılığını, adekvatlığnı və səmərəliliyini təmin edilməsi və saxlanılması məqsədilə dövri olaraq təhlillər aparır. İşçi personalının fəaliyyəti hər zaman diqqət mərkəzindədir. İşçi peşəkarlığının və metodiki biliklərin artırılması üçün mütəmadi olaraq kurslar təşkil edilir və işçi heyyəti təlimlərə göndərilir. Standartların işlənib hazırlanması və dövlət qeydiyyatına alınması üçün mütəmadi olaraq dövlət orqanları, əsasən Azərbaycan Standartlaşdırma İnstitutu ilə sıx əməkdaşlıq edilir. İstehsal edilən bütün məhsullar müəsisə daxilində olan və yüksək standartlara cavab verən laboratoriyada yoxlanılır. Müştərilərə təqdim edilən bütün məhsullar həm yerli həm də beynəlxalq sertifikatlarla təmin edilmişdir.
Prioritet vəzifəmiz müştəri məmnunluğu və keyfiyyətli məhsul istehsalıdır. “Milla” markası adı altında süd məhsulları Azərbaycanla yanaşı Rusiya, Əfqanıstan, Küveyt, Qatar, Gürcüstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri kimi bir çox ölkələrə ixrac olunur.