
MAS GROUP MMC
- Əlaqə nömrəsi: +994 70 721 21 50
- E-poçt: info@masgroup.az
- Vebsayt: www.masgroup.az
- Ünvan: Heydər Əliyev PR. 105, M3, M5 Azərbaycan , Bakı
Şirkət haqqında
“Təhlükəsizlik” anlayışının çox sayda izahı vardır. Lakin bu izahlardan yalnız biri tamamilə dəqiqdir: təhlükəsiz – yəni, təhlükənin əksi. Bu anlayışı real məna ilə dolduran bir çox amillər mövcuddur. Əlbəttə ki, təhlükəsizliyin təminatına, mühafizə olunan obyektdən təhlükənin sovuşdurulmasına iddialı olanlar bu məqamın yüksək tələblərinə cavab verməlidirlər. “MAS Group MMC” firması, öz fəaliyyətinin fəlsəfəsi olaraq, məhz Maksimal Təhlükəsizliyi hesab etdiyini potensial müştərilərinin nəzərinə çatdırmağı özünə bir borc bilir. Yanğın, alovlanma, yanğın ocağı, coşan alovun dilləri, bəd niyyət, oğurluq, qarət – bütün bunlar o şeylərdir ki, yaranmalarına və ya yayılmalarına “MAS Group” imkan vermək istəmir. Belə hadisələrin fors-major formada meydana çıxmaları halında isə Şirkətimiz onların vura biləcəkləri zərəri minimuma endirməyə çalışır. Bütün bu məsələlərdə “MAS Group”ın böyük iş təcrübəsi və gördüyü işə məsuliyyətli və keyfiyyətli şəkildə yanaşması böyük rol oynayır. “MAS Group” şirkəti özünün bu menecment fəlsəfəsini - yerinə yetirilən işə institusional, köklü yanaşma ilə, personalın seçilməsinə, onun təliminə, səriştəlilik səviyyəsinin artırılmasına yüksək tələblə, ən qabaqcıl texnikanın, proqram təminatının tədarük və tətbiqi ilə təsdiq edir. “MAS Group”ın şüarı – “A”dan “Z”dək obyektin əhatə edilməsidir. Həyatın, sağlamlığın və əmlakın təhlükəsizliyinin təmin edilməsi üzrə konkret məqsədlərin həyata keçirilməsi üçün tətbiq edilən protokollar - operativliyin, məntiqin və effektivliyin dəqiq ahəngi üzərində bərqərar olmuşdur. “MAS Group” öz səhvləri üzərində öyrənmək üçün yox, problemləri apriori – yəni, əvvəlcədən, “təcrübədən keçənə qədər” həll etmək üçün işçi heyətlə daim treninqlər keçirir. Şirkətimizin fəaliyyətində mühüm yerlərdən birini də həm işçi heyətin, həm də ki, firmanın menecmentinin real və keyfiyyətli sertifikatlaşdırılması tutur. Sizə xidmət edən şirkətin təcrübəsi, keyfiyyəti, effektivliyi, operativliyi, müasirliyi, peşəkarlığı və vicdanlı işi – Sizin və Sizin yaxınlarınızın təhlükəsizliyinin, Sizin və onların sağlamlığının, əmlakınızın qorunmasının rəhnidir. Heç bir insan mütləq təhlükəsizliyə zəmanət verə bilməz. Lakin elə qurumlar vardır ki, MAKSIMAL şəkildə mümkün ola bilən təhlükəsizliyə zamin ola bilirlər. “MAS Group”u seçin! Təhlükəsiz həyatı seçin!