
Intermak Group
- Əlaqə nömrəsi: +994 50 311 66 11
- E-poçt: info@intermakgroup.com
- Vebsayt: www.intermak.az
- Ünvan: Babək pr., 2360 Bakı ş, Azərbaycan
Şirkət haqqında
“İntermak Group” MMC 2017-ci ildə qurulmasına baxmayaraq qısa müddət ərzində sektorda lider şirkətlərdən birinə çevrilmişdir. Şirkətimiz Azərbaycanın tikinti və sənaye sahəsində aparıcı mövqelərdən birini tutaraq keyfiyyətli xidmətlər göstərməyə davam edir. Dünyanın 10 böyük forklift və anbar avadanlıqları istehsalçısından biri olan “ANHUİ HELİ Co. Ltd.”-nin Azərbaycanda rəsmi nümayəndəsi kimi geniş satış, icarə və servis şəbəkəmiz vasitəsilə xidmət göstəririk. HELİ forkliftləri 1 tondan 45 tona qədər yükqaldırma qabiliyyəti ilə regionun aparıcı logistika və sənaye şirkətlərində böyük rəğbət görməkdədir. Şirkətimiz eyni zamanda “SANY” tikinti texnikaları və “Dieci” teleskopik yükleyiciləri ilə əməkdaşlıq edərək yüksək keyfiyyətli avadanlıqlar təqdim edir. Bununla yanaşı, tikinti və sənaye layihələrində etibarlılığı ilə tanınan “XCMG” avtokranları da geniş şəkildə istifadə olunmaqdadır. Təkər satışı sahəsində “Galaxy-Yokohama”, “Amberstone”, “Marcher” və “BKT” kimi dünya səviyyəli brendlərin Azərbaycanda əsas tərəfdaşıyıq. Bu təkərlər kənd təsərrüfatı, tikinti texnikaları, yük maşınları, forklift və anbar avadanlıqları üçün geniş istifadə edilməkdədir.