
İcbari Sığorta Bürosu
- Əlaqə nömrəsi: +994 12 525 97 07
- E-poçt: [email protected]
- Vebsayt: www.isb.az
- Ünvan: Shokolad Tower, 1-ci mərtəbə, Həsən bəy Zərdabi küçəsi 2
Şirkət haqqında
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli, 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən 19.10.2011-ci il tarixdə İcbari Sığorta Bürosunun təsis iclası çağırılmışdır. Büronun təsis iclasına “İcbari sığortalar haqqında” qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçılar çağırılmışlar.
Büronun təsis iclasında aşağıdakı məsələlər barədə qərarlar qəbul edilmişdir:
- Büronun təsis edilməsi;
- Büronun nizamnaməsinin təsdiq olunması;
- Büronun fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, o cümlədən Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi.
İcbari Sığorta Bürosunun iştirakçıları aşağıda göstərilən icbari sığorta növlərini həyata keçirə bilərlər:
- Daşınmaz əmlakın icbari sığortası
- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
- Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası
- Sərnişinlərin icbari fərdi qəza sığortası
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
İştirakçı sığortaçı ilə Büro arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər Büronun nizamnaməsində nəzərdə tutulur.