H

Hermes Energy LLC

Vakansiya sayı: 2

Şirkət haqqında

Şirkətimiz ən lazımi anda işə qoşularaq layihənin uğurla həyata keçirilməsi üçün zəruri olan bütün fəaliyyəti həyata keçirir. Biz gücümüzü sizin üçün əhəmiyyətli işlərə sərf edirik və bütün satınalma prosesini öz üzərimizə götürürük. Sektordakı ən əhatəli satınalma xidmətləri portfelini bir araya gətirərək müştərilərimizə müstəsna xidmətlər göstəririk. "Hermes Energy" ilə peşəkar komandanın dəstəyi və təcrübəsindən faydalanacaqsınız. Satınalmalar prosesini iki hissəyə bölmək olar: təchizatçıların axtarışını əhatə edən ilkin process və alqı-satqı əməliyyatlarını əhatə edən sonrakı proses.


Mövcud bazar tendensiyaları və neft qiymətlərindəki davamlı dalğalanma ehtimalı bu sektordakı şirkətləri tədarük zəncirini və satınalma prosedurlarını qiymətləndirməyə və qısa müddətli strategiyalardan kənara çıxmağa məcbur edir. Biz də öz strategiyamızı yerli şəraitə uyğunlaşdırırıq və hər bir müştərinin ehtiyaclarına uyğun olaraq, mümkün olan ən yaxşı xidmətləri qısa müddətdə həyata keçiririk.


Şirkətimiz sənaye məhsullarının və ehtiyat hissələrinin aparıcı tədarükçüsüdür və əhatə dairəmiz getdikcə genişlənir. Daha çox işlərin görülməsinə ehtiyac duyulduğuna baxmayaraq, tərəfadaşlarımıza və ümumilikdə sənayemizə dəyər qazandırmaq üçün işə münasibətimiz və təcrübəmizin bizi uğura aparacağına inanırıq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: