logo

Green Cleaning MMC

Vakansiya sayı: 2
Şirkət haqqında

Green Cleaning şirkəti olaraq əsas məqsədimiz təmizlikdə səmərəliliyi maksimuma çatdırarkən, təbiətə vurulan zərəri minimuma endirməkdir. Sadəcə məkanları deyil, dünyamızı da təmiz və sağlam saxlamaq üçün ekoloji zərərsiz məhsul və avadanlıqlardan istifadə edirik. Bu təmizlik məhsulları həm insan sağlamlığı üçün tam zərərsiz, həm də beynəlxalq təmizlik standartlarına cavab verən orqanik məhsullardır.


Əməkdaşlarımız müştərilərimizi sürətli, daim əlçatan və etibarlı təmizlik xidməti ilə təmin etmək üçün var gücü ilə çalışır. Onların mütəmadi olaraq keçirilən təlimlərdə iştirakı isə davamlı inkişafdan xəbər verir. Rahatlıqla deyə bilirik ki, Green Cleaning komandasının bir parçası olan hər kəs etibarlı, təcrübəli və bilikli mütəxəssislərdir.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: