logo

Div Academy

Vakansiya sayı: 1

Şirkət haqqında

Div Academy innovativ sahələri tədris edən, Azərbaycanın ən böyük IT akademiyalarından biridir. 10+ illik təcrübəsi olan IT şirkəti tərəfindən təsis olunmuşdur. Hazırda 2000-dən çox tələbə və məzunu olan akademiya, Bakıda və ölkənin müxtəlif regionlarında tədris təcrübəsinə malikdir.


Akademiya Azərbaycanda 24 saat fasiləsiz fəaliyyət göstərən yeganə IT akademiyası olaraq tələbələrə müasir icma və şəbəkələşmə təmin edir. 


Akademiyanın nəzdində fəaliyyət göstərən karyera mərkəzi 100-dən çox özəl şirkət və dövlət qurumu ilə partnyorluq edərək, tələbə və məzunlara iş imkanları yaradır.


100% təcrübə zəmanətli təhsil imkanı ilə tələbələrə klassik kurs metodunu unutduraraq birbaşa əmək bazarına kadr yetişdirmə rolu oynayır.


Niyə innovasiya sektorunda olmalısan ?
  • Ölkəmizdə və dünyada ən yüksək maaşlar məhz bu sektordakı vakansiyalardadır
  • Həm ofisdən, həm evdən işləyə biləcəyin bir işdir
  • Hansısa şirkətin işçisi olmasan belə, özün freelance xidmət göstərə bilərsən
  • Ölkə xaricinə asanlıqla köçə və orada yüksək maaşa işləyə bilərsən
  • Linkedin üzərindən daim xarici şirkətlərdən təkliflər ala bilərsən
  • Gələcək nəsillərə daha yaxşı bir dünya inşa edə bilərsən



Akademiya kimlər üçündür ?
  • İstənilən ixtisasda oxuyan ancaq texnologiyaya və müasir peşələrə həvəsli tələbələr
  • Universiteti yeni bitirmiş məzunlar
  • Tamamilə fərqli sahədə işləyən şəxslər
  • Yaxın 2-5 ildə xaricə köçməyi planlaşdıranlar
  • Özü öyrənməkdə (self study) çətinlik çəkənlər
  • Evdən (remote) və ya sərbəst (freelance) işlərdə işləməyi xoşlayanlar



Niyə Div Academy ?
  • Qısa yol: Akademiya 10 illik proqramlaşdırma təcrübəsi olan IT şirkət tərəfindən təsis edilmişdir. Bu nə deməkdir ? Yəni, şirkətlərin kadr axtararkən nələrə fikir verdiyini, nələri bilməli olduğunu, müsahibələrdə nələri soruşduğunu artıq bu akademiya yaxşı bilir və səni iş həyatına qısa yoldan hazırlayır. 
  • Birbaşa qəbul: Akademiyanı bitirdikdən sonra dərhal partnyor IT şirkətlərdə real təcrübəyə başlayırsan və CV-in digər kurs məzunlarından 1-0 öndə olur.
  • Karyera mərkəzi: CV demişkən, həm də burada peşəkar CV hazırlanması, müsahibələrdə verilən suallar haqda sınaqdan keçmiş taktikalar sənə öyrədiləcək.
  • Qısa müddət: Həftədə 3 dəfə, intensiv proqram nəticəsində sürətli formada proqramlaşdırma öyrənəcəksən.
  • Hər gün praktika: Hər gün tədris + hər gün praktiki məşğələ metodu ilə proqramçı olmaq çətinliyi geridə qaldı.


  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: