logo

Çinarlı Park MTK

Vakansiya sayı: 1

Şirkət haqqında

Çinarlı Park Yaşayış Kompleksi sizə şəhərin mərkəzində prestijli bir həyat vəd edir.


Çinarlı Park Yaşayış Kompleksi Dərnəgül metrosuna piyada 9 dəqiqəlik 1.5 hektar qapalı həyətdə yerləşən yaşayış kompleksidir. Yaşayış Kompleksi 2-i 16, 4-ü 9 mərtəbəli olmaqla ümumilikdə 6 binadan ibarətdir. Hər bina yalnız bir blokdan ibarətdir. Ümumilikdə kompleksdə 420 mənzil mövcuddur.


Kompleksin həyətində sakinlərin rahatlığı üçün bütün imkanlar təmin edilmişdir. Avtomobilsiz geniş və yaşıl həyətdə sakinlərin asudə vaxtlarını keçirə bilməsi üçün bütün ailə üzvləri üçün infrastruktur mövcuddur: yaşıl park ərazisi, uşaqlar üçün oyun meydançaları, kafe-restoranlar, supermarket futbol meydançası və s. Binanın iki mərtəbəli yeraltı avtodayanacağı bütün sakinlərə rahatıqla avtomobillərini təhlükəsiz şəraitdə park etməklərinə imkan yaradır.


Kompleksdə yüksək keyfiyyətli idarəetmə xidməti, həmçinin, 24/7 təhlükəsizlik, kəsintisiz qaz, su və elektrik mövcuddur.


“Çinarlı Park”da mənzil sahibi olmaq çox rahatdır. İstər nəğd, istər 30 faiz ilkin ödəniş ilə 36 aya qədər faizsiz daxili kredit, istərsə də 22 ilə qədər, 20 faiz ilkin ödəniş və 9 faiz illik faiz dərəcəli ipoteka ilə mənzillərə sahib ola bilərsiniz.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: