
CaspianSAT
- Əlaqə nömrəsi: +994 12 599 19 79
- E-poçt: info@caspiansat.com
- Vebsayt: www.caspiansat.com
- Ünvan: 62 Üzeyir Hacıbəyov küc., Marine Plaza Bakı, Azerbaycan, AZ1000
Şirkət haqqında
Şirkətimiz Azərbaycanda peyk rabitəsi sahəsində liderlərdən biridir. 2013-cü ildən etibarən biz yeni nəsil həlləri müvəffəqiyyətlə tətbiq edərək, müştərilərimizin biznesinin inkişafına davamlı töhfə veririk.
İllər ərzində həyata keçirdiyimiz çoxsaylı layihələrdə zəngin texniki təcrübə qazanmış yüksək ixtisaslı əməkdaşlarımız, peyk şəbəkəsi sahəsində geniş xidmətlər təqdim edirlər. Yüksəkkeyfiyyətli işlər görməklə bərabər müasir texnologiyalardan istifadə edən şirkətimiz infrastrukturun layihələndirilməsi, sistemlərin quraşdırılması, istismar proseslərinin başlanması, tam texniki xidmət və infrastrukturun kəsintisiz çalışmasının dəstəklənməsi üzrə xidmətlər təqdim edir.
Üstün keyfiyyətli nəticələr əldə etmək üçün biz yeni nəsil şəbəkə texnologiyaları ilə yanaşı, yalnız yüksək effektivliyə malik peyk, geniş diapazonlu və yüksək performanslı radio sistemlərdən istifadə edirik.