logo

Bonne

Vakansiya sayı: 1

Şirkət haqqında

«BONNE» MMC şirkətinin əsas məqsədi  – müəssisələrin idarəçilik və uçotun avtomatlaşdırılması üzrə hər növ xidmətlərin təqdim edilməsidir:


  • Müəssisənin biznes-proseslərinin təsviri;
  • 1C proqram təminatı vasitəsilə biznes-proseslərin sazlanması;
  • 1C proqram təminatının sazlanması və tətbiqi;
  • Təlimlər və konsultasiya;
  • 1C proqram təminatının digər sistemlərlə inteqrasiyası.


10 ildən çox olan təcrübəmizə əsaslanaraq, müxtəlif şirkətlərin və Holdinqlərin rahat və komfortlu işləmək üçün uyğun 1C proqram təminatı bazasında uçotunu quraşdırıq. Biznesin uğurlu inkişafı üçün, bizim mütəxəssislər müəssisələrin işinin tam analizini, təhlilini, dəyişikliklər modelinin tərtibatını, bütün biznes-proseslərin təsvirini və tətbiqini həyata keçirəcəklər.


Təklif elədiyimiz proqram təminatı məhsulları, Azərbaycan Respublikası qanunvericiliyinə uyğunlaşdırılıb, interfeys azərbaycan və rus dilindədir, mühasibat və vergi uçotu milli mühasibat uçotu standartlarına uyğun tənzimlənib. 


İcra etdiyimiz layihələrdəki müvəffəqiyyətlərinin səbəbi - şirkətlərin biznes-məqsədlərinin dərk edilməsidir. Biz istənilən mürəkkəblikdə olan tapşırıqları yerinə yetiririk. Nümünə olaraq, ayrıca uçot sahəsinin avtomatlaşdırılması və ya mürəkkəb quruluşa malik olan iri müəssisənin kompleks avtomatlaşdırılması kimi tapşrıqları qətirmək olar. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: