
Baku Tv
Vakansiya sayı: 3
- Əlaqə nömrəsi: +994 12 525 44 66
- E-poçt: info@baku.tv
- Vebsayt: www.baku.tv
- Ünvan: Rəsul Rza küçəsi 75, Winter Park Plaza, AZ 1014, Bakı, Azərbaycan
Şirkət haqqında
KEYFİYYƏT, SAĞLAMLIQ, ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ SİYASƏT
Azərbaycan Respublikasında fəaliyyət göstərən, operativ və dəqiq məlumatın təmin edilməsi ilə seçilən “BAKU TV” MMC-nin fəaliyyət sahəsində ətraf mühitin qorunması və əməyin təhlükəsizliyi önəmli yer tutur.
“BAKU TV” MMC keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində aşağıdakı əsas prinsipləri rəhbər tutur:
- Beynəlxalq standartların tələblərinə uyğunluğun təmin edilməsi;
- Müasir metodikalardan istifadə etməklə, yüksək keyfiyyətli, təhlükəsiz və tələblərə uyğun xidmətin vaxtında təmin edilməsi və müştəri məmnunluğunun qazanılmasını;
- Xidmətin idarə olunması, planlaşdırma və monitorinq metodlarının təkmilləşdirilməsini, infrastrukturun yaxşılaşdırılmasını;
- Bazarın dəyişikliklərinə çevik uyğunlaşmanın təmin olunmasını və rəqabət qabiliyyətliliyinin artırılmasını;
- Personalın səriştəliliyinin, təhlükəsizliyinin və qərarların qəbulunda iştirakının təminini;
- Fəaliyyətdə risk və proses yanaşmasının tətbiqi;
- Təchizatçılarla uzunmüddətli və səmərəli münasibətlərin formalaşdırılmasını;
- Fəaliyyət çərçivəsində yerli qanunvericiliyin tələblərinə riayət edilməsini;
- Əməyin təhlükəsizliyi və ətraf mühitə təsir amillərinin idarə olunmasını;
- İstehlakçıların məmnunluğunun və təhlükəsizliyinin təmin olunması idarəetməsinin təkmilləşdirilməsini;
- Ətraf mühitin qorunması öhdəliyinə uyğun olaraq çirklənmənin qarşısının alınmasını;
- İş şəraitində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi üçün işlə bağlı zədələnmə və xəstəliklərin qarşısının alınmasını;
- Sağlamlıq və əməyin təhlükəsizliyi üzrə təhlükələrin aradan qaldırılması və risklərin azaldılmasını;
- IMS – nin daimi təkmilləşdirilməsini.
“BAKU TV” MMC-nin rəhbərliyi keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi siyasətinin həyata keçirilməsi məqsədi ilə lazımi resurslarla vaxtında təmin olunmanı və hər bir əməkdaşın məlumatlandırılması öhdəliyini öz üzərinə götürür.