A
Azenco OJSC
- Əlaqə nömrəsi: +994 12 424 75 66
- E-poçt: azenco@azenco.az
- Vebsayt: www.azenco.az
- Ünvan: AZ 1026, Bakı. Daşqın Səfərov küç, 9
Şirkət haqqında
1939-cu ildə Azərbaycanda istilik elektik stansiyalarının layihələndirilməsi, tikintisi və təmiri üzrə "Mərkəzi İstehsal Təmir" müəssisəsi kimi fəaliyyətə başlayan “AZENCO” ASC bu sahədə geniş təcrübə qazanmışdır. Azərbaycanda bu illərdə həyata keçirlmiş lahiyələrdə yer alan AZENCO ASC 2000-ci ilədək fəaliyyətini bu sahədə davam etdirmişdir. “AZENCO” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunlarına əsasən 12 aprel 2002-ci ildə “Azərenerjitikinti” MMC kimi yaradılmışdır. 20 noyabr 2008-ci il tarixindən etibarən şirkət hüquqi adını “Azərenerjitikinti” MMC-dən “AZENCO” ASC-yə dəyişdirmişdir. Şirkət 2002-ci ldən başlayaraq Azərbaycan enerji sektorunda olan önəmli lahiyələrdə iştirak etmiş və bir çox inşaat işlərinin əsas podratçısı olmuşdur.
AZENCO ASC-nin xidmətlərinə elektrik stansiyaları və müxtəlif sənaye obyektlərinin layihələndirilməsi, tikintisi, quraşdırılması və istismarı daxildir. Şirkət yüksək keyfiyyətli layihələri vaxtında və büdcə daxilində yerinə yetirmək üzrə güclü təcrübəyə malikdir və Azərbaycanda aparıcı mühəndislik şirkəti kimi tanınır.
“AZENCO” ASC İstilik elektrik stansiyalarının inşasında qazandığı tarixi təcrüəbinin əsasında müxtəlif illərdə 780 meqavatlıq “Cənub” Həmdövrəli Buxar-Qaz Turbin Tipli Elektrik Stansiyası, toplamda 800 meqavatlıq Şimal 1 və Şimal 2 elektrik stansiyalarının, 525 meqavatlıq “Sumqayıt” Həmdövrəli Buxar-Qaz Turbin Tipli Elektrik Stansiyası, 300 meqavatlıq Səngəçal Elektrik Stansiyasının, 107 meqavatlıq Bakı İstilik Elektrik stansiyasının tikintilərində baş podratçı kimi iştirak etmiş və bu lahiyələrdə özünü təsdiqləmişdir. Qeyd etmək lazımdır ki, AZENCO ASC bu lahiyələrdə Almaniyanın Siemens AG, Yaponiyanın "Mitsubishi Heavy Industries", ABŞ-ın General Electric, İsvveçrənin ABB, Çinin Harbine Turbine kimi şirkətləri ilə əməkdaşlıq etmişdir ki, bu da şirkətimizin beynəlxlaq təcrübəyə yiyələnməsinə və ölkədaxili və ölkəxarici lahiyələrdə uğurla tətbiq etməsində böyük rol oynamışdır.
“AZENCO” ASC Azərbaycanda Su Elektrik Stansiyalarının tikinitisində də aktiv şəkildə iştirak etmişdir. Şirkətimiz müxtəlif dövrlərdə 25 meqavatlıq Fizuli SES-in tikintisini uğurla başa çatdırmışdır. Həmçinin “AZENCO” ASC, ümumi gücü 3,6 meqavat olan “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları, ümumi gücü 3.1 meqavatlıq Göyçay KSES, ümumi gücü 1.6 meqavat olan İsmayıllı-1 və İsmayıllı-2 KSES, ümumi gücü 1.5 meqavat olan Balakən-1 KSES, həmçinin ümumi gücü 1 meqavat olan Qusar KSES, -in tikintisi uğurla başa vurmuşdur. Fəaliyyəti dövründə AZENCO ASC ümumi gücü 16,5 meqavat olan Varvara Su Elektrik Stansiyasının yenidənqurulmasını həyata keçirmişdir.
Bundan başqa şirkətimiz müxtəlif gərginlikli yarımstansiyaların tikintisini də uğurla başa çatdırmışdır. Belə ki, “AZENCO” ASC 500 kv-lıq Samux yarımstansiyasının, 220/110/10 kV-luq “Böyükşor” YS-nın, 220/110/10 kV-luq “Zabrat” YS-nın tikintisini uğurla başa çatdırmışdır. Bundan əlavə, “AZENCO” ASC 167 km uzunluğunda olan 330 kv-lıq Azdres-Gornaboy-İmişli yüksək gərginlikli elektrik verilişi xəttini, 240 km uzunluğunda olan Mingəçevir-Abşeron yüksək gərginlikli elektrik verilişi xəttini,və 236 km uzunluğunda olan 500 kv-lıq Azərbaycan İES-Samux Muxranis-Vəli xətlərini bitirmiş və istismara vermişdir.
“AZENCO ASC” həmçinin mülki tikinti sahəsində geniş təcrübəyə malikdir. Belə ki, AZENCO ASC 2012-ci ildə Azərbaycanda baş tutan Eurovision Mahnı müsabiqəsinin keçirildiyi Bakı Kristal Zalının tikintisində baş podratçılardan biri olmuşdur. Şirkətimiz bu lahiyə çərçivəsində 23,000 nəfərlik oturacaq yeri, Mətbuat mərkəzi və digər hissələrdən ibarət olan konsert zalının tikintisi, enerji və su təchizatı sistemlərinin qurulmasını uğurla həyata keçirmişdir.
Tikinti, quraşdırma və təchizat işləri ilə yanaşı “AZENCO” ASC-nin bir neçə istehsalat sahəsi vardır. Belə ki, şirkətimizin Beton İstehsalat zavodu, Mebel İstehsalat Sahəsi, Boya və İzolyasiya Sahəsi, Şüşə Emalı zavodu, Səki və Döşəmə Daşları İstehsal sahələri mövcuddur. Bu istehalat sahələrində istehsal olunan mallar beynəlxalq standartlara cavab verir.
Sonda onu qeyd etmək gərəklidir ki, “AZENCO” ASC-nin müştərilərinə yüksək keyfiyyətli xidmətlər göstərən təcrübəli mühəndislər, layihə menecerləri və digər peşəkarlardan ibarət komandası vardır. Şirkətin məqsədi mürəkkəb layihələrə innovativ həllər təqdim etməklə energetika, tikinti və təchizat sahəsində dünayda aparıcı şirkətlərdən biri olmaqdır.