logo

Anqard

Vakansiya sayı: 1

Şirkət haqqında

“ANQARD” şirkəti öz fəaliyyətinə 2010-cu ildən başlayıb. Müəssisəmizin yaradılmasında məqsəd sərfəli qiyməti və yüksək keyfiyyəti ilə seçilən tikinti materialları istehsal etməkdən ibarətdir . Zavodun ərazisi 8000 m2 sahəni əhatə edir.Məhsullarımız yanmaz, insan sağlamlığına zərəri olmayan, antibakterial, isti-soyuq və səs izolyasiyalı, yüngül (yəni tikilinin konstruksiyasına əlavə yüklülük yaratmır), seysmik cəhətdən elastikdir, tikiliyə əlavə dekorativ gözəllik verir . Məhsulun üzəri qranit tozu ilə möhkəmləndirilmiş, içərisi izolyasion xarakterli yüksək sıxlıqlı EPS materialından ibarətdır . EPS – (Expanded Polystryen Foam) Ağ rəngli sərt köpük halında Genişləndirilmiş Polistren materialdır.


“ANQARD” şirkəti istehsal etdiyi malların keyfiyyəti və sərfəli qiyməti ilə bu sahədə liderdir . Həmçinin öz müştərilərinə dizayn, tikinti və quraşdırma ilə bağlı bütün növ xidmətləri göstərir.


Düşünürük ki, yaratdığımız tərəfdaş münasibətləri, sizlər üçün işlədiyimiz hər bir layihənin bizim üçün dəyərliliyini göstərir. Layihələrin ərsəyə gəlməyində, keyfiyyətimiz, təcrübəmiz, səriştəmiz və işgüzarlığımız kimi üstünlük verdiyimiz dəyərlərdən formalaşan bir xüsusiyyətlərimiz həmçinin də sizin layihələrin həm arxitektura gözəlliyini, həm iqtisadi səmərəliliyinin, həm də maddi dəyərini artırır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: